Türkiyə
Prezidenti Zəfər Günü ilə bağlı paylaşım
edib
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial
şəbəkədə paylaşım
edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti yazıb: “Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün boyunca qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan torpağıdır və inşallah, qiyamətə qədər də belə qalacaq”.
Azərbaycan.-2022.- 9 noyabr, №246- S.16.