Laçında keçirilən Zəfər Günü maraqlı anlarla yadda qaldı

 

 

Laçın şəhərində Zəfər Günü münasibətilə silsilə proqramlar çərçivəsində keçirilən tədbirlər maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bayraq Meydanından start götürən hərbçilərin Bayraq yürüşü orkestrin müşayiəti altında keçirilib. Yürüşə həmçinin rəsmi şəxslər Laçın sakinləri qoşulub.

Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edən yürüş başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin şəhidlərin xatirəsi sükutla anılıb.

Orkestr ifaları, müsabiqələr uşaqlar üçün təşkil edilən şou maraqlı anlara səbəb olub. Müsabiqə qalibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Zəfər Günü tədbiri Laçın şəhər bulvarında təşkil edilən konsert proqramı ilə davam edib. Tanınmış müğənnilərin ifaları, aktyorların çıxışları izlənilib. Konsert proqramı laçınlılar tərəfindən alqışlarla qarşılanıb.

Axşam ssatlarında isə Seyrəngah adlı məkanda laçınlılar üçün bayram ziyafəti təşkil olunub.

 

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.16.