İşğal təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma deyil

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı hərbi təcavüzü kontekstində nəzərdə keçirilməlidir. Bu işğal təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal təcavüzün nəticələrini aradan qaldırmamışdır.

Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi. Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamışdır, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi.

Prezident İlham Əliyev qeyd etdi ki, artıq bu məsələlər keçmişdə qaldı. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hazırda birgəyaşayış geriqayıtma hüququ ilə əlaqədar aydın şəffaf proqramı təqdim etsə , azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb.

Görüşdə qeyd olundu ki, ATƏT Parlament Assambleyası Ermənistan Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.

 

Azərbaycan.-2022.- 14 noyabr, №247- S.1.