Daşkənddə
Pakistanın Keçid
Hökümətinin Baş
naziri ilə görüş
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan
İslam Respublikasının
Keçid Hökumətinin
Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü
olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud
vəziyyətindən məmnunluq
ifadə olundu.
Pakistanın Baş
naziri Azərbaycanı
antiterror tədbirlərinin
uğurla başa çatması və Azərbaycanın suverenliyinin
tam şəkildə təmin olunması münasibətilə təbriklərini
çatdırdı. Pakistanın
həmişə Azərbaycanın
haqlı və ədalətli mövqeyini
dəstəklədiyini vurğuladı.
Dövlətimizin başçısı
təbriklərə görə
təşəkkürünü bildirdi, Ermənistanın Azərbaycana qarşı
30 ilə yaxın davam edən işğalı dövründə,
həmçinin 44 günlük
Vətən müharibəsində
Pakistanın ölkəmizə
göstərdiyi siyasi-diplomatik
dəstəyini və
Ermənistanın işğalçı
dövlət kimi tanımasını yüksək
qiymətləndirdi.
Prezident İlham
Əliyev Azərbaycanın
Cəmmu və Kəşmir məsələsində
BMT Təhlükəsizlik Şurasının
müvafiq qərarlarını
rəhbər tutaraq haqq-ədalətin tərəfdarı
olduğunu diqqətə
çatdırdı.
Görüşdə ölkələrimiz arasında
iqtisadi-ticari münasibətlərin,
biznes dairələri arasında əlaqələrin
genişləndirilməsi məsələlərinə
toxunuldu. Hökumətlərarası
Komissiyanın fəaliyyətinin
vacibliyi qeyd edildi. Həmçinin enerji və nəqliyyat bağlantıları
sahələrində əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi
aparıldı.
İmtiyazlı ticarət
münasibətlərinin ölkələrimiz
arasındakı ticarət
dövriyyəsinin həcminin
artırılmasına müsbət
təsir göstərəcəyi
qeyd edildi. İnformasiya-kommunikasiya texnologiyaları,
turizm sahələrində
əməkdaşlığın, iki ölkənin şəhərləri arasında
bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının
müsbət addım
olduğu bildirildi, bunun turizm sahəsində
əməkdaşlığa və insanlar arasındakı təmaslara
müsbət təsir
göstərəcəyi vurğulandı.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlığın
davam etdirilməsinin vacibliyi qeyd olundu.
Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edildi.
Azərbaycan.-2022.- 14 noyabr, №247- S.1.