Azərbaycan
Prezidenti İlham Əliyevin Daşkənddə
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev ilə görüşü
olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan
Respublikasının Prezidenti
Şavkat Mirziyoyev ilə görüşü
olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısını salamlayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
- Özbəkistana
bir daha xoş gəlmisiniz. Sizi salamlamağıma çox şadam. Mehriban xanıma mənim həyat yoldaşım və ailəmdən böyük salamlar var. Fikrimcə, biz hələ
növbəti səfərlər
zamanı birlikdə görüşəcəyik.
Dünən Azərbaycanda
böyük bayram idi, düşünürəm
ki, Özbəkistanda da böyük
bayram oldu. Mən bütün Azərbaycan xalqını
bu Qələbə münasibətilə təbrik
edirəm. Biz həmişə
buna inanmışıq. Siz
Xankəndidə Bayraq
qaldırdınız və
biz bunun bütün məsələlərə nöqtə
qoyduğunu gördük.
Güclü Azərbaycan
artıq irəliyə
doğru addımlayacaq
və Azərbaycan xalqının, Azərbaycanın
dostlarının, o cümlədən
özbək xalqının,
Özbəkistanın və
Özbəkistan rəhbərliyinin
də uzun illər gözlədiyi uğurlara nail olacaq. Ümidvarıq ki, Qarabağ
gələcəkdə Azərbaycanda
çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən
Şuşada və Füzulidə həyata keçirilən bütün
işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən
sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz
sayəsində görülən
işləri danışacağam.
Yaxın ölkə olaraq, daha böyük
uğurlar diləyirəm.
Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını,
Azərbaycan xalqının
öz Qələbəsini
qazanacağını gözləyirdik.
Ən xoş arzularımı çatdırıram.
Əminəm ki, tezliklə
Qarabağ çox inkişaf edən diyara çevriləcək.
Çünki Siz Şuşada, Füzulidə
nələr olacağını
mənə danışdınız,
biz yeni aeroportu gördük,
mən də orada oldum, əgər
bunun Füzulidə olmasına inanmayan varsa, özü baxa bilər. Əslində, bu, Füzulidir və bütün infrastruktur öz həllini tapır. Həm də demək istəyirəm ki, bizim bütün razılaşmalarımız
həyata keçirilir.
Özbəkistan Prezidenti
əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin
rolunu vurğuladı.
Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın
bütün sahələrdə,
o cümlədən iqtisadi
sahədə uğurları
Özbəkistanda böyük
sevinc hissi doğurur.
Özbəkistan Prezidenti
əmin olduğunu bildirdi ki, ikitərəfli
əlaqələr qarışdakı
illərdə də inkişaf edəcək.
x x
x
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Şavkat
Miromonoviç, sağ
olun. Əziz qardaş, xoş sözlərə, təbriklərə
görə sağ olun.
Biz bütün işlərimizdə
şəxsən Sizin
və qardaş özbək xalqının
dəstəyini hiss etmişik
və edirik. Dünən bizim qeyd etdiyimiz Zəfər Günü ilə
bağlı təbriklərinizə
görə sağ olun.
Sizin də qeyd etdiyiniz kimi, Siz Şuşa
və Füzulidə olmusunuz. Mən də dünən bu yerlərdə oldum və Füzuli
şəhərinin yaxınlığından
keçəndə Sizin
bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy
adına məktəbə
bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn
hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə
Sizə minnətdardırlar.
Bu, qardaş dövlətin
ərazilərimizin bərpası
prosesində aldığımız
birinci hədiyyəsidir.
Azərbaycanın suverenliyinin
bərpası ilə əlaqədar təbrikə
görə minnətdaram.
Bu, tarixi hadisədir.
Biz sentyabrda separatizmlə
bağlı çoxillik
məsələyə son qoyduq.
Bu gün Azərbaycanın
ərazisində Azərbaycan
Bayrağının dalğalanmadığı
heç bir guşə yoxdur. Sizin bu məsələyə
şəxsi münasibətinizi
və bütün qardaş özbək xalqının münasibətini,
dəstəyini, həmrəyliyini
çox yüksək
qiymətləndiririk.
Sizi böyük
uğurlar münasibətilə
təbrik etmək istərdim. Dünəndən
Daşkəndə olarkən,
düşünürəm ki, bu, zənnimcə, mənim hələ olmadığım şəhərdir.
Çünki aeroportdan
gələrkən və
mehmanxananın pəncərəsindən
gördüklərim həqiqətən
də xoş təsir bağışlayır
və sevindirir. Qısa vaxt ərzində Siz bu günün Özbəkistanını təcəssüm
etdirən ən müasir infrastruktur yaradırsınız. Sizin
rəhbərliyinizlə, Sizin
islahatlarınız və
yorulmaz əməyiniz
sayəsində Siz islahatlarınızı və
quruculuq gündəliyinizi
irəli aparırsınız.
Biz, dostlarınız və
qardaşlarınız kimi,
buna səmimi-qəlbdən sevinirik. Sevinirik ki, Özbəkistan inkişaf
edir, iqtisadi potensial, sənaye potensialı güclənir
və əlbəttə,
beynəlxalq arenada nüfuzunuz artır.
Bütün bunlar Sizin sayənizdədir, çünki son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır. Əminəm
və bilirəm ki, Özbəkistan vətəndaşları
bunu yüksək qiymətləndirir. Təsadüfi
deyil ki, prezident seçkilərində Sizə
yenidən böyük
etimad göstərilib.
Sizin seçkilərdən
sonra ilk dövlət səfərinizi Azərbaycana
etməyinizi biz hamımız
çox yüksək
qiymətləndiririk. Başa
düşürük ki, bu,
düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin
nümayişidir.
Mütəmadi qarşılıqlı
səfərlərin ikitərəfli
əlaqələrin möhkəmləndirilməsində
əhəmiyyətini qeyd
edən dövlət başçısı vurğuladı
ki, keçirilən görüşlərdə
sənaye kooperasiyası,
kənd təsərrüfatı,
investisiya və digər sahələrdə
qarşılıqlı fəaliyyət
məsələləri müzakirə
olunur. Prezident
İlham Əliyev bildirdi
ki, həyata keçirilən
əməkdaşlıq gələcəkdə
iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət
edir. Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin əlaqələrin
genişləndirilməsinə töhfəsini yüksək
qiymətləndirdi.
x x
x
Görüşdə beynəlxalq
təşkilatlar, o cümlədən
İqtisadi Əməkdaşlıq
Təşkilati çərçivəsində
əməkdaşlıq məsələləri
müzakirə olundu, energetika, sənaye sahələrində birgə
layihələrin həyata
keçirilməsinin, investisiya,
nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin
genişləndirilməsinin yaxşı potensialı olduğu qeyd edildi, münasibətlərin
dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal
iş aparıldığı
məmnunluqla vurğulandı.
Söhbət zamanı
gələcək təmaslar
və qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.-
14 noyabr, №247- S.2.