"Hava
gəmilərində törədilmiş
cinayətlər və
bəzi digər aktlar haqqında" Konvensiyada dəyişiklik
edilməsinə dair Protokola qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası
"Hava gəmilərində
törədilmiş cinayətlər
və bəzi digər aktlar haqqında" Konvensiyada dəyişiklik edilməsinə
dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış
Protokola qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.4.