Uşaq
İncəsənət Festivalının
qalibləri mükafatlandırılıb
Ümummilli Lider
Heydər Əliyevin
100 illik yubileyi münasibətilə Mədəniyyət,
Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən
Uşaq İncəsənət
Festivalına noyabrın
13-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
iştirakçılar sərgi
və festival zamanı hazırlanmış
əl işləri ilə tanış olublar.
Heydər Əliyev
Mərkəzinin direktorunun
birinci müavini Fərqan Novruzov çıxış edərək
bildirib ki, festivala respublikanın bütün rayon və bölgələrindən
iştirakçılar cəlb
olunub. Qeyd edib ki, uşaqların
diqqət və qayğı ilə əhatə olunması, onların mənəvi və fərdi inkişafı, maarifləndirilməsi
və s. fəaliyyətlər
Heydər Əliyev Mərkəzinin əsas prioritet istiqamətlərindəndir.
“Bu festival respublikamızda keçirilən
ən mühüm layihələrdən biridir.
Burada gənc dostlarımız, uşaqlar
iştirak edir. Eyni zamanda, Heydər Əliyev Mərkəzini hər gün məktəblilər ziyarət
edir. Onlar Heydər Əliyev irsinin, Azərbaycan tarixinin və mədəniyyətinin
öyrənilməsi istiqamətində
geniş məlumatlandırılırlar”,
- deyə F.Novruzov
diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin
Aparat rəhbəri Xanlar Ağalarov bildirib ki,
Uşaq İncəsənət
Festivalı uşaqlarda
mədəniyyətin ayrı-ayrı
sahələrinə maraq
oyatmaq, yaradıcı
fəaliyyətlərinə dəstək məqsədi
daşıyıb.
“Onu deyə bilərəm ki, qarşıya qoyulmuş məqsədə çata
bildik. Çünki layihəmiz ölkədə,
sözün əsl mənasında, mədəniyyət
festivalına çevrildi.
Xüsusi olaraq vurğulamaq istəyirəm
ki, incəsənət festivalı
uşaqlarla yanaşı,
regionlar üzrə mədəni müəssisələrin
də fəallıq göstərməsinə, təcrübə
toplamasına təkan
verib. Təsadüfi deyil ki, ümumilikdə festivala 2500-dən çox
mütəxəssis münsif
kimi öz töhfəsini verib”, - deyə aparat rəhbəri diqqətə
çatdırıb.
Elm və təhsil nazirinin müavini Həsən
Həsənli və layihənin baş sponsoru “BP” şirkətinin
Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli festival haqqında
məlumat veriblər.
Bildirilib ki, bu qədər dövlət qurumunun və özəl partnyorların
bir araya gəldiyi, uşaqların
hərtərəfli inkişafına
yönələn tədbirin
keçirilməsi ölkəmizin
həm mədəni həyatında, həm də təhsil sahəsində böyük
əhəmiyyət daşıyır.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən
festivala respublikanın
bütün rayon və
şəhərlərindən ümumilikdə 27 minədək
müraciətdən 408 qalib
seçilərək mükafatlandırılıb.
Peşəkar və həvəskar kateqoriyaları
üzrə təşkil
olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi
iyul-avqust aylarını
əhatə edib.
Qeyd edək
ki, festivalın final mərhələsi
isə sentyabrın
1-dən 9-dək Bakıda altı
mədəniyyət müəssisəsində
– M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası,
Akademik Milli Dram Teatrı, Beynəlxalq
Muğam Mərkəzi,
Milli Xalça Muzeyi,
Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.
Festival çərçivəsində, həmçinin mayın
5-də Zəngilan rayonunun
Ağalı kəndində
tədbir təşkil
olunub. İyulun
7-də Göygöl Milli
Parkının ərazisində
Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən,
Goranboy, Göygöl və Samux rayonlarından
6 nominasiya (xalq çalğı alətləri,
rəssamlıq, bədii
qiraət, xanəndəlik
sənəti, aşıq
sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə
qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi
təşkil edilib.
Avqustun 26-27-də Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.
Azərbaycan.-2023.- 14 noyabr, ¹ 247.- S.6.