Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir

 

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycan ərazilərinin 30 illik işğalı onun nəticələri, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında fikirlərini bildirib. O, 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məhz ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən ərazi bütövlüyünə bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürdüyünü diqqətə çatdırıb. O, təəssüflə qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün lazımi siyasi iradə nümayiş etdirməyib. Belə ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirməyib, Azərbaycana qarşı hərbisiyasi təxribatları davam etdirib.

Milli Məclisin sədri bu ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. O qeyd edib ki, antiterror tədbirləri beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilib. Mülki infrastruktura heç bir ziyan dəyməyib mülki əhaliyə qarşı heç bir zorakılıq faktı qeydə alınmayıb.

Sahibə Qafarova, həmçinin Qarabağın etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən təklif olunan tədbirlər barədə danışıb. O, buna baxmayaraq, Ermənistanın azərbaycanlıların Ermənistana geriqayıtma hüququnu inkar etdiyini diqqətə çatdırıb.

Ermənistan tərəfindən törədilən mina təxribatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan çox mina bu torpaqlarda aparılan genişmiqyaslı bərpa yenidənqurma işlərinə ciddi maneçilik törədir.

Milli Məclisin sədri, həmçinin ölkəmizə qarşı müşahidə olunan ikili standartları sərt tənqid edib. O, istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib.

Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz sabit gələcəyi üçün əsas maraqlı tərəfdir Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Təəssüflə qeyd edilib ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ Azərbaycana qarşı yalan əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Milli Məclisin sədri Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan platformalardan istifadəyə davam etdiyini bildirib bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsinin təəssüf doğurduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın guya "etnik təmizləmə" aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız yalandır. Real vəziyyəti təhrif edən, nifrət düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Milli Məclisin sədri bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə ATƏT PA-nın Ermənistan Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından mümkün rolu barədə fikirlər səsləndirilib.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri haqqında da müzakirələr aparıblar.

 

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.6.