Nazir
Ceyhun Bayramov mərakeşli həmkarı
ilə görüşüb
Noyabrın 13-də xarici
işlər naziri, Azərbaycan Respublikası
Hökuməti və Mərakeş Krallığı
Hökuməti arasında
ikitərəfli əməkdaşlıq
üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən
həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi
səfəri çərçivəsində
bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və
xaricdəki mərakeşlilər
naziri, Komissiyanın Mərakeş tərəfdən
həmsədri Nasser Bourita ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
Ceyhun Bayramov və Nasser Bourita arasında baş tutan təkbətək görüş,
daha sonra hər iki tərəfin
nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
davam edib.
İkitərəfli görüşlərdən sonra,
Azərbaycan və Mərakeşin aidiyyəti
dövlət qurumlarının
rəsmilərinin də
iştirak etdiyi ikitərəfli əməkdaşlıq
üzrə Birgə Komissiyanın 2-ci iclası
keçirilib.
Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli
və çoxtərəfli
formatlarda əməkdaşlıq
əlaqələri, habelə
regional məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Komissiyanın iclası
zamanı Ulu Öndər Heydər Əliyevin Mərakeşə
1994-cü ildə səfəri
məmnunluqla xatırlanıb.
Azərbaycan-Mərakeş ikitərəfli
əməkdaşlıq gündəliyinin
inkişafına yeni impuls verilməsi baxımından bu və digər ali səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyəti və
rolu qeyd olunub. İki ölkə arasında siyasi dialoqun daha dayanıqlı edilməsi və zənginləşdirilməsi xüsusunda
Xarici İşlər
nazirlikləri arasında
mövcud siyasi məsləhətləşmələr mexanizminin önəmi vurğulanıb.
Azərbaycan ilə
Mərakeşin indiyədək
bir-birinin suverenliyinə
və ərazi bütövlüyünə göstərdikləri
dəstək məmnunluqla
xatırlanıb, BMT, İƏT və QH kimi çoxtərəfli platformalar
çərçivəsində qarşılıqlı faydalı
fəaliyyətlərin bundan
sonra da davam etdirilməsinin əhəmiyyəti barədə
həmfikirlik ifadə
olunub.
Mərakeş ilə
iqtisadiyyat, ticarət və investisiyalar üzrə əməkdaşlığın
genişləndirilməsi imkanları
müzakirə olunub, bu xüsusda Komissiyanın iclaslarının
daha müntəzəm
şəkildə təşkilinin
və sözügedən
iclaslar çərçivəsində
iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumların keçirilməsinin
vacibliyi diqqətə
çatdırılıb.
Həmçinin iqtisadi
əməkdaşlıq üçün
hüquqi baza rolunu oynayacaq müvafiq ikitərəfli
sənədlərin tezliklə
qüvvəyə minməsi
üçün dövlətdaxili
prosedurların sürətləndirilməsinin
əhəmiyyəti vurğulanıb.
İnfrastruktur quruculuğu
sahəsində əməkdaşlıq
potensialından danışılıb,
habelə beynəlxalq
limançılıq sahəsi
üzrə təcrübə
mübadiləsinin ikitərəfli
gündəliyimizə əlavə
töhfə verəcəyi
barədə həmfikirlik
ifadə olunub.
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində mövcud
aqrar potensialdan bəhs olunub və bu ərazilərdə
fermer təsərrüfatlarının
qurulması və idarəçiliyi sahəsində
mümkün Azərbaycan-Mərakeş
tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə
Mərakeş arasında
turizm, mədəniyyət,
təhsil və beynəlxalq inkişafa yardım istiqamətləri
üzrə əməkdaşlığın
təşviqinin ölkələrimizin
xalqlarını bir-birinə
daha da yaxınlaşdırmaqla
yanaşı, dövlətlərarası
əlaqələrimizin dərinləşməsinə
də töhfə verə biləcəyi vurğulanıb.
Görüşlərdə nazir Ceyhun Bayramov
ölkəmiz tərəfindən
24 saat ərzində həyata keçirilmiş
antiterror tədbirlərini
şərtləndirən amillər,
xüsusilə öhdəliklərə
zidd olaraq Azərbaycan ərazilərindən
çıxarılmamış erməni silahlı qüvvələrindən irəli
gələn təhdidlər,
mövcud regional vəziyyət və Azərbaycanın bölgədə
sülh və sabitliyin təmin edilməsi istiqamətində
planları barədə
məlumat verib.
Ermənistan ilə
münasibətlərin normallaşdırılması
üzrə Azərbaycanın
davamlı sülh gündəliyini təşviq
etməsinə baxmayaraq,
Ermənistan tərəfindən
ölkəmizə qarşı
ardıcıl şəkildə
qarayaxma kampaniyasının
sülhə xidmət
etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan
tərəfindən ölkəmizə
qarşı yaradılmış
mina təhdidləri diqqətə çatdırılıb.
Görüşlər zamanı, həmçinin
qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
olunub.
Sonda enerji, logistika, ətraf mühit sahələri daxil olmaqla, Azərbaycan-Mərakeş ikitərəfli
sənədlər, o cümlədən
Komissiyanın 2-ci iclasının
protokolu imzalanıb.
Daha sonra keçirilmiş brifinqdə nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.7.