"Poçt
ödəniş xidmətləri
haqqında Saziş"ə
və "Poçt ödəniş xidmətləri
haqqında Saziş"in
Yekun Protokolu"na qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası
2021-ci il avqustun 26-da Abican şəhərində
imzalanmış "Poçt
ödəniş xidmətləri
haqqında Saziş"ə
və "Poçt ödəniş xidmətləri
haqqında Saziş"in
Yekun Protokolu"na Azərbaycan Respublikasının
ona dair bəyanatı ilə
(bəyanatın mətni
əlavə olunur) qoşulsun.
2. Bu Qanun qüvvəyə mindiyi gündən "Poçt
ödəniş xidmətləri
haqqında Sazişə
və onun Yekun Protokoluna qoşulmaq barədə"
Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1728-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 12, maddə
1914) 1-ci maddəsi ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.8.