Bakı
şəhəri Binəqədi
rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır:
Bakı şəhəri
Binəqədi rayonunun,
Sumqayıt şəhərinin
və Abşeron rayonunun sərhədlərində
bu Qanuna əlavə edilmiş xəritələrə uyğun
olaraq aşağıdakı
dəyişikliklər edilsin:
1. Bakı şəhəri
Binəqədi rayonunun
Binəqədi qəsəbə
inzibati ərazi dairəsi tərkibindəki
Binəqədi qəsəbəsinin
ərazisindən 1213 ha
torpaq sahəsi Sumqayıt şəhərinin
inzibati ərazisinə
verilsin.
2. Abşeron rayonunun
inzibati ərazisində
yerləşən 375 ha
və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin
inzibati ərazisinə
verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.8.