"Bakı
şəhəri Binəqədi
rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 17 oktyabr tarixli
1005-VIQ nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Bakı şəhəri Binəqədi
rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 17 oktyabr tarixli
1005-VIQ nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
Bakı və Sumqayıt şəhərlərinin,
Bakı şəhəri
Binəqədi, Abşeron
və Xızı rayonlarının icra hakimiyyətləri ilə
birlikdə "Bakı
şəhəri Binəqədi
rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 17 oktyabr tarixli
1005-VIQ nömrəli Qanunu
ilə yeni müəyyən edilmiş
sərhədlərdə üç
ay müddətində
mərzçəkmə işlərinin
yerinə yetirilməsini
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Bakı şəhəri
Binəqədi rayonunun,
Sumqayıt şəhərinin
və Abşeron rayonunun sərhədlərinin
müəyyənləşdirilməsi haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 17 oktyabr tarixli
1005-VIQ nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.8.