Azərbaycan
Respublikası Prezidentinin
"Poçt haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
2004-cü il 31 avqust tarixli 115 nömrəli və "Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında" 2007-ci il 22
may tarixli 583 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Poçt haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 oktyabr tarixli 1015-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Poçt haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
31 avqust tarixli 115 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 623; 2007, ¹ 6, maddə 601; 2010, ¹ 3, maddə
180; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 6, maddə 1056; 2017, ¹ 3, maddə
353, ¹ 8, maddə 1521, ¹ 11, maddə
1999; 2022, ¹ 12, maddə
1440; 2023, ¹ 8 (I kitab), maddə
1140) 3.6-cı bəndində "Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası" sözləri
", Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla,
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 22 may tarixli 583 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 5, maddə
465; 2023, ¹ 9, maddə 1285) 2-ci hissəsindən "Poçt
rabitəsi haqqında"
Azərbaycan Respublikası
Qanununun 11.2-ci maddəsində,"
sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 noyabr, ¹ 247.- S.8.