ABŞ Avropanın növbəti avantürası

 

 

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun, "dəmir yumruğ"a çevrilmiş xalqımızın Vətən müharibəsində qazandığı tarixi zəfər 19-20 sentyabr tarixlərdə keçirilmiş lokal antiterror tədbirləri nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün tam qəti şəkildə təmin edilməsinə gətirib çıxartdı. Beləliklə, Azərbaycan dövləti bölgədə, əslində, dünyada da yeni reallıqlar yaratdı, problemlərin həllinin müasir modelini ortaya qoydu".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Azərbaycanın yaratdığı reallıqları bu gün dünya qəbul edir ölkəmizə tərəfdaş kimi baxır.

Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər yüksək nüfuza sahib olduğunu deyən deputat Prezident İlham Əliyevin daim yüksək hörmət izzətlə qarşılandığını vurğulayıb. "Amma bu reallıqlar həm başqa bir həqiqəti üzə çıxartdı. Məlum oldu ki, Amerika Birləşmiş Ştatlarında, eləcə onun müttəfiqi olan Avropada Azərbaycanın qazandığı bu uğurlardan bəzi siyasi dairələrin yuxularına haram qatılıb gecə-gündüz ölkəmiz əleyhinə çirkin əməllərə imza atmağa çalışırlar. Avropalı parlamentarilər Ermənistana gəlir, bu ölkənin təkcə siyasi rəhbərliyi ilə deyil, eyni zamanda Qarabağdakı keçmiş qondarma rejimin tör-töküntüləri ilə görüşlər keçirirlər. Beləliklə, revanşizmi dəstəkləyir, separatçılara ümid verirlər", - deyə o əlavə edib.

E.Nəsirov vurğulayıb ki, ABŞ Konqresində ermənipərəst deputatlar Azərbaycana qarşı sanksiyalar tələbi ilə, Dövlət Departamenti isə ölkəmiz əleyhinə iddialarla çıxış edirlər, Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin geri qaytarılması tələbini ortaya qoyurlar. Fransa Ermənistana silah-sursat satmaq öhdəliyini üzərinə götürür bu istiqamətdə müvafiq sənədlər imzalayır.

Deputat qeyd edib ki, Azərbaycana qarşı müxtəlif cəbhələrdən təzyiq mexanizmlərini işə salmaq istəyirlər: "Ancaq bu, gedən qatarın dalınca baxmağa oxşayır. Azərbaycan dövləti, onun ali rəhbərliyi, ordusu, xalqı öz vəzifəsini şərəflə icra edib. Torpaqlarımız üzərində ərazi bütövlüyümüz suverenliyimiz tam qəti şəkildə təmin edilib. Bütün bu təzyiqlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki biz güclü dövlət güclü xalqıq. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət var vətəndaş həmrəyliyi hökm sürür. Prezident-xalq birliyi ən yüksək səviyyədədir. Dövlət başçısı xalqının mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir cəmiyyətimiz bu siyasəti birmənalı şəkildə dəstəkləyir. Belə dövlətlərə təzyiq göstərmək mənasızdır".

E.Nəsirov hesab edir ki, bu gün ABŞ Avropadakı anti-Azərbaycan dairələri ünvanı səhv salıblar. Azərbaycana qarşı təzyiq dili ilə danışmağın real nəticələrinin sıfra bərabər olduğunu vurğulayan deputat deyib ki, Azərbaycan çirkin niyyətlərin həyata keçirilməsi üçün seçilmiş düzgün ünvan deyil. 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.10.