Qərbin geosiyasi süqutu qaçılmazdır

 

 

ABŞ daxil olmaqla bəzi Qərb siyasi mərkəzləri öz ambisiyalarını təmin etmək üçün insan hüquqlarından demokratik dəyərlərdən sui-istifadə edirlər. Azərbaycana qarşı məkrli planlarını reallaşdırmaq üçün son dövrlər bu istiqamətdə fəaliyyətlərini daha da artırıblar. Lakin unudurlar ki, onların ölkəmizə qarşı yönəlmiş şər-böhtan kampaniyaları, milli həmrəyliyimizə kölgə salmaq siyasi sabitliyi pozmaq cəhdləri əbəsdir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında deyib ki, bu gün Qərbin, habelə ABŞ-nin məsələlərə ikili standartlarla yanaşması qərəzli münasibəti özünü bir çox istiqamətdə açıq şəkildə göstərir: "Bu, Qərb ölkələrinə olan inamı etimadı daha da sarsıdır. Qərb özünü demokratik dəyərlərin hamisi kimi aparmağa çalışsa da, reallıqda bu, daha çox imitasiya xarakteri daşıyır. Misal üçün, bu gün Paşinyan Qərb tərəfindən "demokratik lider" kimi təqdim olunur. Reallıq isə ondan ibarətdir ki, Ermənistanda demokratiyadan söhbət belə gedə bilməz. Nəzərə almaq lazımdır ki, Paşinyan özündən əvvəlki hakimiyyət nümayəndələrinin əksəriyyətini həbs etdirsə , ona bununla bağlı heç deyilmir, Ermənistanın bu siyasəti tənqid olunmur".

Deputat qeyd edib ki, Qərb müxtəlif cəmiyyətlərdə demokratik dəyərləri məhv edən təbliğatla məşğuldur. Bunun nəticəsidir ki, bir çox ölkədə islamofob meyillər son dövrlərdə daha çox müşahidə edilir, miqrantlara qarşı amansız münasibət bu yöndə fəaliyyət göstərən partiyaların sayı, həmçinin zərərli ideologiyalar artır. Bu gün digər dövlətlərə demokratiya dərsi keçən Qərb qərəzli yanaşmaları ilə tez-tez gündəmə gəlir.

"Qərb artıq süquta doğru gedir. Bunun fonunda isə Çin, Türkiyə Pakistan sürətlə inkişaf edir yeni oyunçu kimi meydana çıxırlar. Qərb sözdə sülhə çağırış etsə , bunu əməllərində göstərmir. Əksinə, Ukraynada Qəzzada vəziyyəti daha da qızışdırmaq üçün addımlar atır. Ona görə əminliklə demək olar ki, dünyada baş verən müsibətlərin əsas günahkarlarından biri məhz Qərbdir", - deyə Ceyhun Məmmədov söyləyib.

Deputatın sözlərinə görə, mütəmadi olaraq digər ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərən Qərbin geosiyasi kontekstdə süqutu qaçılmazdır. Qərbi Avropa ölkələrinin, xüsusilə Fransa Almaniyanın ölkəmizə qarşı münasibətinə gəlincə isə, bu ölkələrin qərəzi hər kəsə məlumdur. Açıq-aydın ortadadır ki, Qərb Azərbaycanın Vətən müharibəsində, əsasən sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərində əldə etdiyi zəfərləri həzm edə bilmir.

Ceyhun Məmmədov vurğulayıb ki, regionda söz sahibinə çevrilmiş Azərbaycana qarşı qeyri-obyektiv münasibət sərgiləməklə Cənubi Qafqazda mövqe əldə edəcəyini düşünən dövlətlər yanılırlar. Onlar unudurlar ki, Azərbaycan bir sıra Qərb ölkələri kimi, kiminsə marioneti deyil, başqa "güc"lərə xidmət göstərmir, müstəqil daxili xarici siyasət yürüdür.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.10.