Azərbaycana qarşı yeni "xaç yürüşü"

 

 

Bu məkrli kampaniya da iflasa məhkumdur

 

 

 

Özlərini dünyanın ağası sayan, "demokratiya" adı altında həyasızcasına başqa xalqların,  ölkələrin işlərinə qarışan, öz çıxarları naminə hər cür çirkin oyunbazlıqlara əl atan bəzi Qərb ölkələri indi təşkilatlanaraq Azərbaycana qarşı XXI əsrin "xaç yürüşü"nə çıxıblar.

2023-cü il sentyabrın 20-də Azərbaycanın Qarabağda suverenliyini təmin etməsi ilə heç cür barışa bilməyən ABŞ Qərbi Avropa ölkələri, xüsusilə Fransa Almaniya açıq şəkildə Azərbaycana qarşı təzyiq kampaniyası aparır, böhtan xarakterli bəyanatlar səsləndirir, yalançı qətnamələr qəbul edir, sanksiyalarla hədələyir, təcavüzkar Ermənistanı silahlandıraraq revanşa qızışdırır, necə deyərlər, erməni dindaşlarına "dəstək" olmağa çalışırlar.

Dildə sülhə tərəfdar olduqlarını bar-bar bağıran bu ikili standartlı ölkələr faktiki olaraq Cənubi Qafqazı müharibə ocağına çevirməkdən, bölgədə savaşın fitilini alovlandırmaqdan ötrü hər cür təhrikedici yola əl atırlar.

 

 

 

Qərbin soyuq üzü: qandonduran biganəlik

 

 

 

ABŞ, Qərbi Avropa ölkələri Azərbaycanın suveren ərazilərinin 30 illik işğalı dövründə bir dəfə olsun Ermənistana qarşı hansısa bəyanatlar səsləndirməyib, qətnamələr qəbul etməyib, sanksiyaların tətbiqindən danışmayıblər. İkili standartlı ölkələr işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etmələri ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin yerinə yetirilməməsini gözardı ediblər.

ABŞ Fransa vasitəçi olaraq onilliklər ərzində Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin həllinə nəinki hansısa töhfə verib, əksinə, onun Ermənistanın xeyrinə sonsuzadək sürməsində maraqlı olduğunu göstəriblər.

Bu gün özlərini bir ovuc erməninin olmayan problemlərinin həllinə həsr edən Qərb ölkələri 1988-ci ildən 1993-cü ilə qədər Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının etnik təmizləməyə, soyqırımlarına məruz qalmasına heç bir reaksiya verməyiblər.

Ermənipərəst ölkələr torpaqlarından zorla didərgin salınaraq acınacaqlı vəziyyətdə çadırlarda, vaqonlarda, yataqxanalarda yaşamağa məhkum olan milyondan çox azərbaycanlının taleyinə biganəlik nümayiş etdiriblər.

Faktiki olaraq dini etnik məsələlərdə diskriminasiya hökm sürən Qərb ölkələrində islamofobiya, miqrantlara qarşı nifrət, rasizm,  millətçilik baş alıb gedir. Təkcə bir insanlıq utancı faktını  misal  göstərək. "İnsan haqlarının keşikçisi" donuna bürünən bu qərəzli ölkələr Aralıq dənizində boğulan miqrantlar haqqında danışmaq belə istəmirlər, gənclərin, uşaqların, qadınların, yaşlıların sularda can çəkişməsinə qandonduran biganəliklə tamaşa edirlər...

Bütün bu insanlıqdan uzaq davranışların fonunda riyakar ölkələrin erməniəsilli sakinlərin Qarabağ bölgəsini könüllü tərk etməsini "etnik təmizləmə" adlandırmaları, Azərbaycana qarşı ittihamlar səsləndirmələri isə utanmazlıqdan başqa bir şey deyil.

 

 

 

Qərbin son çırpınışları

 

 

 

Demokratiya ixracı adı ilə ölkələrə soxularaq onların daxili işlərinə müdaxilə edən,  rejimləri dəyişdirən, təbii resurslarını talan edən məkrli Qərb ölkələri fərqindədirlər ki, daha dünyada at oynatdıqları əyyamlar geridə qalıb. Dünyada Çin, Türkiyə, Braziliya, Pakistan digər yeni oyunçuların yüksəlişi fonunda Qərb özü çarəsizcəsinə sürətlə süquta doğru gedişini izləyir.

Hazırda Qərbin nümayiş etdirdiyi aqressiyanı, ölkələr arasında müharibələri qızışdırmaq cəhdlərini dünyada itirdiyi mövqelərini geri qaytarmaq uğrunda son çırpınışları kimi xarakterizə edə bilərik.

Özü müstəqil siyasət yeridə bilməyən ABŞ-nin marioneti olan Fransanın Ermənistanı silahlandırması da birbaşa bu məkrli niyyətə xidmət göstərir. Bu günlərdə Fransa tərəfindən Ermənistana çoxlu sayda "Bastion" çoxməqsədli zirehli avtomobillərinin onlara məxsus avadanlıqların göndərilməsi buna bariz nümunədir.

İslamofob, türkofob siyasət aparan müstəmləkəçi Fransa tərəfindən Ermənistana hücum xarakterli "Bastion" zirehli avtomobillərinin göndərilməsi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən pislənilib. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

 

 

 

"Dəmir yumruq" yerindədir

 

 

 

Göründüyü kimi, illər keçsə , erməni fitnəsi bitir, dünyanın ədalət nizamı düzəlir.

Lakin Azərbaycan xalqının, dövlətinin inamla yürütdüyü öz haqq zəfər yolu var. İstər siyasi təzyiqlər, informasiya kampaniyaları, istərsə güc yolu ilə ölkəmizi milli maraqlarının əksinə hansısa addım atmağa məcbur etmək mümkünsüzdür.

İndi İrəvanı silahlandıran məkrli Qərb ökələri bu fitnəkar əməlləri ilə yalnız təcavüzkar Ermənistanı məhvə aparırlar.

Sentyabrın 20-də xalqa müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bəyan edib ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir hər zaman yerində olacaq: "Heç kim bizimlə diktat ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 14 noyabr, ¹ 247.- S.10.