Afrikadan
qovulan "böyük
bacı" indi də Qafqaza yerləşmək istəyir
Fransa bütün səylərini
yeni müharibəyə
yönəldib
Qarabağ münaqişəsinin
başa çatması,
Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsi Qərbin ermənipərəst
siyasi dairələrini
rahat buraxmır.
Təsadüfi deyil
ki, həmin dairələrin başında
gələn Fransa Azərbaycanla Ermənistan
arasında sülhün
əldə olunmasının
qarşısını almaq
üçün dəridən-qabıqdan
çıxmaqdadır. Bu
ölkə tərəfindən
heç bir zərurət olmadan Ermənistanın silahlandırılması
da sülh müqaviləsinin qarşısının
alınmasına hesablanıb.
Qeyd edək ki, bu
günlərdə kütləvi
informasiya vasitələrində
və sosial şəbəkələrdə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə
bağlı məlumatlar
yayılıb. Göndərilən
hərbi texnikalar Fransanın "Acmat" şirkətinin istehsalı
olan çoxfunksiyalı
"Bastion" adlanan
zirehli avtomobillərdir.
Fransa və Ermənistan tərəfindən
bu barədə rəsmi məlumatlar verilməsə də, zirehli texnikaların göndərildiyi dəqiqdir.
Məlumdur ki, Azərbaycanın öz suveren ərazilərinə
nəzarəti tam olaraq təmin etməsindən sonra sülhün əldə edilməsi üçün
şanslar daha da çoxalıb. Bakı hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün
bərqərar edilməsi
üçün yaranmış
bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır.
Lakin Ermənistan tərəfi sülh prosesinin reallaşması üçün yaranmış
şansdan bəhrələnmək
əvəzinə yenə
də müxtəlif məzmunlu manipulyasiyalarla məşğuldur. Hazırda
Ermənistan rəhbərliyi
sülh sazişindən,
münasibətlərin normallaşdırılmasından,
sərhədlərin delimitasiyası
və demarkasiyasından
dəm vurur,
1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini
bildirir. Amma əməli işə gələndə bütün
bunlarla daban-dabana zidd olan davranış
nümunələrini ortaya
qoyur.
Sülhün əldə
edilməsinə əngəl
yaradan əsas amillərdən biri isə Fransa başda olmaqla erməni təəssübünü
çəkən Qərbin
bəzi siyasi mərkəzlərinin siyasi-hərbi
avantüralarıdır. Bu
baxımdan münasibətlərin
normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz
qalmasının əsas
səbəblərindən biri
də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir
və təzyiqləridir.
Ötən dövr ərzində ölkəmizə
qarşı qərəzli
iddialarla çıxış
edən, xəstə erməni təfəkkürünün
qatı müdafiəçisi
olan Fransa Azərbycan-Ermənistan münasibətlərinin
normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın
beynəlxalq hüququn
norma və prinsiplərini görməzdən
gəlməsi üçün
bütün imkanlarını
səfərbər edib.
Fransadan Ermənistana hərbi texnikanın göndərilməsi də
münasibətlərin normallaşdırılmasına
və sülhün əldə edilməsinə
qarşı olan bir avantüradır.
Azərbaycan Xarici
İşlər Nazirliyi
Fransa tərəfindən
Ermənistana hücum
xarakterli "Bastion"
zirehli avtomobillərinin
göndərilməsini qətiyyətlə
pisləyib. XİN-in mətbuat katibi Ayxan Hacızadə bu barədə bildirib: "Sözügedən
hərbi texnikanın ötürülməsi Azərbaycan
Respublikasının ərazilərinin
bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən
və ritorikadan əl çəkməyən
Ermənistanın hərbi
potensialını gücləndirməyə
və bölgədə
destruktiv fəaliyyətinə
xidmət edəcək.
Özünü beynəlxalq
hüququn təbliğatçısı,
bölgədə sülh
və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi,
ərazi bütövlüyü
və beynəlxalq sərhədlərinin qarşılıqlı
şəkildə tanınması
və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması
səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir".
Onu da qeyd edək ki, 8 nəfərlik "Bastion" zirehli avtomobili Afrikanın iqlim şəraitinə uyğun olaraq, məhz bu qitədə
və Yaxın Şərqdə olan Fransa silahlı qüvvələrinin bölmələrinin
istifadəsi üçün
hazırlanıb. Fransa
isə hazırda Afrikadan qovulur. Məlum olduğu kimi, son aylarda
Fransa bəzi Afrika ölkələrindəki
hərbi qüvvələrini
çıxarmaq məcburiyyətində
qalıb. Çox güman ki, indi
həmin ölkələrdəki
istifadə olunmuş
"Bastion" zirehli
avtomobillərini Fransa
Ermənistana göndərir.
Başqa cür desək, "böyük
bacı" qoymağa
yer tapmadığı
və istismar müddəti bitmiş bu texnikaları Ermənistana göndərməklə
həm də başından edir. Bütün konstruksiyaları
və texniki parametrləri xüsusilə
isti havaların hakim olduğu Afrikanın iqlim şəraitinə uyğun
olan bu texnikaların
ərazisi əsasən
dağlıq və dağətəyi zonalardan
olan Ermənistanda özünü doğrultmayacağı
isə indidən aydındır. Görünən
həm də odur ki, 44 günlük
müharibədəki məğlubiyyətdən
sonra hərbi texnikaya görə Rusiyanı günahlandıran
Ermənistan yeni silahlar almaq ümidi ilə Fransaya üz tutsa da, "böyük bacı" ona sadəcə öz köhnələrini
göndərir.
Bütövlükdə bu hərbi texnikanın
Ermənistana göndərilməsi
bir daha təsdiq edir ki, Fransa bütün
imkanlarından istifadə
etməklə sülhə
qarşı çıxır.
Bundan itirən isə Azərbaycan yox, Ermənistan olacaq. Çünki Azərbaycan ərazi bütövlüyünü tam
bərpa edərək
qarşısına qoyduğu
milli məqsədinə
çatıb.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.10.