ECO-nun
zirvə toplantısı "Yaşıl keçid və qarşılıqlı
əlaqələr"in önəmini
bir daha təsdiqlədi
Xəbər verildiyi
kimi, noyabrın 9-da Özbəkistanın paytaxtı
Daşkənd şəhərində
İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.
Toplantıdakı çıxışında
"Yaşıl keçid
və qarşılıqlı
əlaqələr" ilində
Azərbaycanın sədrliyi
çərçivəsində reallaşan tədbirlərin
və təşəbbüslərin
tərəfdaşlığımızın
genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili
istiqamətində əməli
tədbirlər həyata
keçirildiyini, həmçinin
ekologiya sahəsində
də yüksəksəviyyəli
dialoq platforması yaradıldığını xüsusi
vurğulayıb.
Qardaş ölkənin
Prezidenti xüsusi qeyd edib ki,
Azərbaycanda turizm sektorunda əməkdaşlığın
daha da genişləndirilməsi
məqsədilə ilk
dəfə olaraq turoperatorlar şəbəkəsi
formalaşdırılıb və Təhlükəsiz
Turizmin İnkişafı
Proqramı təsdiq edilib. Qeyd edilənlər
Azərbaycanla İqtisadi
Əməkdaşlıq Təşkilatı,
həmçinin quruma
üzv olan dövlətlər arasında
əlaqələrin yüksələn
xətlə inkişaf
etdiyini təsdiqləyir.
Prezident İlham
Əliyev isə Zirvə toplantısındakı
çıxışında ötən il Özbəkistana bir dəfə dövlət, iki dəfə isə işgüzar səfər etdiyini xatırlatmaqla münasibətlərimizin
bugünkü inkişaf
səviyyəsinə aydınlıq
gətirib və daha bir vacib
məqamı diqqətə
çatdırıb: "Şavkat
Mirziyoyev yenidən Prezident seçildikdən
sonra ilk dövlət səfərini
Azərbaycana etdi. Bu, iki ölkə
arasında əlaqələrin
yüksək səviyyədə
olduğunu nümayiş
etdirməklə yanaşı,
həm də türk dünyası birliyinin təqdimatı oldu". Daha sonra müasir dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasından
bəhs edən Prezident İlham Əliyev ölkəmizin
bu sahədə böyük potensiala malik olduğunu qeyd edib. Azərbaycanın
neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib.
Dövlət başçısı
toplantı iştirakçılarının
diqqətinə çatdırıb
ki, faktlarla ölkəmizin bərpaolunan
enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus
sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə
"yaşıl və
hidrogen enerjisi"nin ixracatçısına çevriləcək.
Xarici investorlarla - dünyanın aparıcı
"yaşıl enerji"
şirkətləri ilə
imzalanan sazişlərə
və anlaşma memorandumlarına əsasən,
qarşıdakı illərdə
Azərbaycanda istehsal ediləcək bərpaolunan
enerji 10 qiqavata çatdırılacaq. İşğaldan
azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda
2021-2023-cü illər ərzində
170 meqavat gücündə
hidroelektrik stansiyalar tikilərək istifadəyə
verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq.
Bir neçə ildən sonra erməni işğalından
azad edilmiş ərazilərdə hidroelektrik
stansiyaların ümumi
gücü 500 meqavat təşkil edəcək.
Yeri gəlmişkən,
xatırladaq ki, ötən ayın 10-da mədəniyyət paytaxtımız
olan Şuşa şəhəri İqtisadi
Əməkdaşlıq Təşkilatının Nazirlər
Şurasının 27-ci iclasına
evsahibliyi etmişdi. Təbii ki, belə bir mötəbər
tədbirin Şuşada
keçirilməsi ölkəmizin
dünya miqyasındakı
yüksək və artan nüfuzundan xəbər verir. 44 günlük Vətən müharibəsindən sonra
Qarabağ və Şərqi Zəngəzura
səfər edən Prezident İlham Əliyev hər dəfə erməni vandalizmini göstərir, oradan bütün dünyaya səslənir, ikili standartlardan uzaq ədalətli bir yanaşma tələb edir. Məhz bu baxımdan Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
Xarici İşlər
Nazirləri Şurasının
27-ci iclasının keçirilməsi
xüsusi əhəmiyyət
kəsb edirdi. Azərbaycanın təşəbbüsü
ilə iclasın mövzusu
"Yaşıl keçid
və qarşılıqlı
əlaqələr" adlanırdı.
Həmin günlərdə
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət
ünvanlamışdı. Müraciətdə
deyilirdi ki, 44 günlük Vətən müharibəsinin başa
çatmasından 3 il
keçsə də, Ermənistan tərəfi Azərbaycanın sülh təşəbbüslərini dəyərləndirmir.
Lakin artıq Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb və hər keçən gün Ermənistanın ziyanına işləyir. Hazırda dünyada ənənəvi enerji mənbələrindən "yaşıl
enerji"yə keçid
müasir dövrün
əsas hədəflərindən
biridir. Azərbaycanda da bu sahəyə
xüsusi diqqət göstərilir. 2030-cu ilədək
elektrik enerjisi qoyuluşu gücündə
bərpaolunan enerji mənbələrinin payının
30 faizə çatdırılması,
işğaldan azad olunmuş ərazilərin
"yaşıl enerji"
zonasına çevrilməsi
ölkəmizin enerji siyasətində ən əsas vəzifələrdən
biridir. Elə bu baxımdan da Azərbaycanın İqtisadi Əməkdaşlıq
Təşkilatında sədrlik
mövzusunun "Yaşıl
keçid və qarşılıqlı bağlantılar"
kimi müəyyən
edilməsi hazırkı
dövrdə xüsusi
aktuallıq kəsb edir. Eyni zamanda
"yaşıl enerji"
zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı yenidənqurma
və bərpa işləri "ağıllı
şəhər" və
"ağıllı kənd"
konsepsiyasına uyğun
olaraq həyata keçirilir.
Müraciətində ölkəmizin yüksək tranzit
və nəqliyyat-logistika
imkanları haqqında
məlumat verən İlham Əliyev bu sahədə həyata keçirilən
layihələri və
tədbirləri də iclas iştirakçılarının diqqətinə çatdırmışdı.
Azərbaycan Prezidentinin
İqtisadi Əməkdaşlıq
Təşkilatının Nazirlər
Şurasının 27-ci iclasının
iştirakçılarına ünvanladığı məktub
həm də dünyaya bir mesaj idi. Xüsusi
vurğulamağı vacib
hesab edirik ki, müraciət Azərbaycan həqiqətlərinin,
yaranmış yeni reallığın beynəlxalq
ictimaiyyətə çatdırılması
və perspektiv əməkdaşlıq imkanlarının
təqdim edilməsi baxımından əhəmiyyətli
bir sənəd idi.
Əslində, inkişafa,
sülhə və ekoloji tarazlığın
qorunmasına hesablanmış bu cür beynəlxalq tədbirlərə Azərbaycan
hər zaman böyük əhəmiyyət
verir. Bu səbəbdən də ölkəmiz indiyə
kimi qurumun bir necə toplantısına
evsahibliyi edib. İqtisadi Əməkdaşlıq
Təşkilatının 9-cu və 12-ci Zirvə toplantıları müvafiq
olaraq 2006-cı və
2012-ci illərdə Bakıda
reallaşıb. Eyni zamanda Şuşa şəhəri 2026-cı il
üçün ECO-nun
turizm paytaxtı elan edilib. Dövlət
başçısı İlham
Əliyev hər tədbirdə vurğulayıb
ki, Azərbaycan ECO-nun üzv dövlətləri
ilə ikitərəfli
və çoxtərəfli
əməkdaşlığı daha da genişləndirməkdə
qərarlıdır. Məhz
bu qərarlılıq
Daşkənddə keçirilən
16-cı Zirvə toplantısında
Prezidentin keçirdiyi
ikitərəfli görüşlərdə də
"Yaşıl keçid
və qarşılıqlı
əlaqələr" baxımından
Azərbaycana verilən
önəmə və
dəyərə işıq
saldı.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
14 noyabr, ¹ 247.- S.11.