Şanlı zəfərin rəmzi

 

 

"2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr edilmiş hərbi paradı bütün xalqımız, eləcə dünya azərbaycanlıları böyük sevinc qürurla izlədi. Hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər zabitlərinin göstərdiyi qəhrəmanlığı, şücaəti, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik mərdliyi, Ermənistanla onun havadarlarının ölkəmizə qarşı təxribat xarakterli siyasət həyata keçirdikləri barədə çıxış etdi".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat bildirib ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu,  irsini davam etdirən müdrik,  qətiyyətli,  uzaqgörən siyasətçi, eləcə   mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib olan İlham Əliyev Azərbaycanı dünyada güclü bir dövlətə çevirəcək düşmən tapdağında olan torpaqlarımızı azad edəcək.

"2003-cü il oktyabrın 15-də ilk dəfə  Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində torpaqlarımızı işğaldan azad edəcəyi barədə xalqa söz verdi. Belə oldu. Azərbaycan iqtisadiyyatı hər il inkişaf etdi, ordumuzun maddi-texniki bazası yeniləndi, ən müasir silahlarla təmin edildi. Bütün bu işlər bizi böyük Zəfərə yaxınlaşdırırdı", - deyə deputat bildirib.

Kamilə Əliyeva qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarının qarşısını almaq üçün əks-hücuma keçdi 44 gün ərzində düşmən ordusunu darmadağın edərək şəhər kəndlərimizi işğaldan azad etdi: "Azərbaycanın  əsgər zabitləri misli görünməmiş böyük qəhrəmanlıq göstərdilər, müharibə zamanı bir addım belə geri çəkilmədilər. Azərbaycan Ordusunun qəhrəmanlığı şücaətindən qorxuya düşən erməni əsgərləri təşviş içində döyüş meydanlarını tərk edirdilər. Ermənilər özləri etiraf edirdilər ki, 44 günlük müharibə zamanı 12 min erməni  əsgər zabiti fərarilik etmişdir. Amma Azərbaycanın Silahlı Qüvvələrinin bir nəfər hərbçisi belə döyüş meydanını tərk etməmişdir. Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı. Məhz Şuşa işğaldan azad edildikdən sonra Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atdı".

Deputatın sözlərinə görə, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi, Qarabağda separatizmin kökü kəsildi. Bu il oktyabrın 15-də Prezidentin Xankəndidə Azərbaycan bayrağını ucaltması tariximizə yazılan şanlı bir gün oldu.

Kamilə Əliyeva vurğulayıb ki, Prezident 20 il əvvəl xalqımıza verdiyi vədi yerinə yetirdiyini Xankəndidəki hərbi yürüşlə bir daha sübuta yetirdi: "Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər onların havadarları yaxşı başa düşürlər ki, Prezident İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Dövlət başçımızın sözü imzası qədər dəyərlidir. Hərbi paradda Prezident İlham Əliyevin söylədiyi fikirlər həm Ermənistana havadarlarına mesaj xarakteri daşıyır. Ermənistan hakimiyyəti,  revanşist qüvvələr onların arxasında dayananlar bu ölkənin 2020-ci ildəki aqibətini unutmamalıdırlar".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.11.