Fransa
Ermənistanı məhvə
sürükləyir
Cənubi Qafqazla
bağlı məkrli
maraqları olan Fransa Azərbaycan-Ermənistan
münasibətlərinin gərgin
qalması, sülh müqaviləsinin bağlanmaması
üçün cidd-cəhdlə
çalışır.
Paris Azərbaycanofob siyasətinin, ölkəmizə
qarşı qarayaxma kampaniyalarının nəticə
vermədiyini görərək
indi də Ermənistanı başqa yolla "dəstəkləyir".
Bunun bariz nümunələrindən biri
bu günlərdə Ermənistana zirehli avtomobillərin göndərilməsidir.
Bütün bunlar Fransanın Ermənistanı
silahlandırmaqla regionda
vəziyyəti gərginləşdirməyə
çalışdığını bir daha sübut
edir.
Milli Məclisin
deputatı Arzu Nağıyev mövzu ilə əlaqədar
"Azərbaycan" qəzetinə
açıqlamasında deyib
ki, Ermənistanın silahlandırılması Fransanın
ona havadarlıq etməsinin bariz nümunəsi və sübutudur.
Deputat qeyd edib ki,
bu, birinci hal deyil. Fransa vaxtilə vizual kəşfiyyatçılardan
ibarət jandarm qüvvələrini Ermənistana göndərməklə
müstəmləkə siyasətini davam etdirdiyini göstərdi:
"Dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq, riyakar ölkə Ermənistanı himayə edir.
Bunun da öz səbəbləri var. Vaxtilə işğal
altında olan ərazilərimizdən iqtisadi, siyasi və digər
istiqamətlərdə çox ciddi gəlirlər əldə
etmiş Fransanın bu imkanları bu gün əlindən
çıxıb. Eyni zamanda gələcək seçkilər
üçün erməni lobbisinin səsini toplamaq naminə
başda prezident olmaqla, Fransa siyasətçiləri bu
addımları atırlar".
A.Nağıyev
bildirib ki, digər məsələ Ermənistana silah verməklə
onları boyunduruğa salmaqdır. Məlum məsələdir
ki, Ermənistanın tənəzzülə uğramış
iqtisadiyyatı ilə o ödəmələri həyata
keçirməyə o qədər gücü yoxdur. Nəyin
bahasına olursa-olsun, həmin jandarm qüvvələrini
böyük bir briqadaya çevirərək
silahlandırmağa çalışırlar. Bu da regionda
sülhün bərqərar olmasına ən ciddi zərbələrdən
biridir. Regiona nə qədər çox silah-sursat gəlsə,
sülh müqaviləsinin imzalanması o qədər uzanacaq.
Yəni Ermənistan bu silahlardan istifadə edəcək.
Deputat deyib ki,
Fransa bununla həm də Ermənistana guya kömək etdiyini
göstərir. "Məlumdur ki, Rusiyanın regiondan
çıxması inandırıcı deyil. Onlar Rusiyanın
alternativini yaratmağı düşünürlər. Bundan
başqa, Fransanın Türkiyəyə qarşı
addımları da göz qabağındadır və o, regionda
nüfuz sahibi olmaq istəyir. Bu ölkə dünyanın
müxtəlif qaynar nöqtələrində Türkiyəyə
məğlubiyyətini həzm edə bilmir. Çünki bu
gün NATO-Rusiya sərhədi elə Türkiyə-Ermənistan
sərhədi deməkdir. Bu baxımdan bugünkü Türkiyə-Rusiya
münasibəti Fransanı qane edə bilməz. Fransa hər
yolla məkrli siyasətini həyata keçirmək
üçün səylərini davam etdirir. Bunun sonu çox
acınacaqlı nəticələnə bilər. Buna
baxmayaraq, Azərbaycan öz xarici və daxili siyasətini
aparmaqdadır. Biz ölkəmizin suverenliyinə olan təhdidin
qarşısını hər bir vasitə ilə almağa
hazırıq və daim belə də olacaq", - deyə o əlavə
edib.
Azərbaycan
Xarici İşlər Nazirliyi səviyyəsində
Fransanın son hərəkətinə irad bildirildiyini
xatırladan A.Nağıyev qeyd edib ki, bu ölkənin məqsədi
regionda "nüfuz" sahibi olmaq və bunu güc
hesabına, daha doğrusu, Ermənistanın vasitəçiliyi
ilə həyata keçirməkdir. Buna görə də Birləşmiş
Millətlər Təşkilatı, beynəlxalq təşkilatlar
səviyyəsində bu məsələnin qiyməti verilməlidir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.11.