Günəşdən
doğulan, oddan yoğrulan şəhər
75 il əvvəl
qədim yaşayış
məskəni olan Mingəçevirə şəhər
statusu verilmişdir
Ölkəmizin elektirik
enerjisinə olan tələbatının təxminən
yarıdan çoxunu ödəyən Mingəçevir
şəhərinin 75 yaşı
tamam oldu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1948-ci il
11 noyabr tarixli qərarına əsasən,
Mingəçevir qəsəbəsinə
şəhər statusu
verildi. Yeni status bu qədim
yaşayış məskənində
abadlıq, tikinti-quruculuq
işlərinə zərbəçi
ahəng verməklə
geniş imkanlar açdı. Yenidən qurulan Mingəçevir öz əvvəlki görkəmini sürətlə
dəyişdi, yeni sənaye müəssisələri,
fabrik və zavodlar, böyük istehsal və emal sahələri yaradıldı.
Su-elektirik stansiyası,
"Azərkabel", yol
maşınları, şüşə
lifi, maşınqayırma,
izolit zavodları, toxuculuq kombinatı və s. Mingəçevirin
ilk sənaye müəssisələri hesab
olunur. Şəhərin
tikilib qurulmasında ayrı-ayrı rəhbərlərin,
müxtəlif peşə
sahiblərinin böyük
əməyi olmuşdur.
Qədirbilən mingəçevirlilər
şəhərin ilk qurucularından olan Qafar Xəlilovu, Nicat Muradovu, İslam Həsənzadəni,
Məmməd Əliyevi,
Rüstəm Aslanovu, Vidadi Damanskini, Andrey Zaqryaçskini və başqalarını
hər zaman xoş duyğularla yada salırlar. Minnətdarlıqla xatırlananlar
sırasında İslam
İslamzadənin, Kamran
Hüseynovun, Züleyxa
Həsənovanın, Sosialist
Əməyi Qəhrəmanı
Sarvan Salmanovun, Bəhlul Bayramovun və Yaqub Rüstəmovun
işıqlı xatirəsi
yaddaşlara əbədi
həkk olub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə
Mingəçevir sənaye
şəhəri olaraq
yeni formalaşırdı.
Müdrik rəhbər,
uzaqgörən lider ölkə iqtisadiyyatının
inkişafında Mingəçevirin
oynaya biləcəyi rolu doğru dəyərləndirərək bu bölgəyə xüsusi qayğıkeşliyini
və diqqətini əsirgəmədi. Ulu Öndər 1998-ci ildə
Mingəçevirə səfəri
zamanı şəhər
sakinləri ilə unudulmaz görüşündə
o illəri belə xatırlayırdı: "Mingəçevirin
tikilməsində, qurulmasında,
inkişaf etməsində
vaxtilə mən çox əziyyət çəkmişəm. İndi
mən buraya gəlib, bu hündür binaları, gözəl küçələri,
gözəl meydanları,
gözəl yaşıllıqları
görəndə sevinirəm.
Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən
biz Azərbaycanın hər bir yerində
quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna
görə, energetiklər
şəhəri olduğuna
görə buraya xüsusi fikir verirdik!" Beləcə Ulu Öndərin diqqəti, dəstəyi sayəsində Mingəçevir
Azərbaycanın energetika,
sənaye və abad şəhərinə
çevrildi.
Prezident İlham
Əliyev öz səmərəli fəaliyyətinin
bütün istiqamətlərində
olduğu kimi, ölkəmizin enerji nəhəngi Mingəçevirə
münasibətdə də
öz varislik missiyasını şərəflə
davam etdirir. Bu da təsadüfi
deyil. İlham Əliyev 20 ili yenicə tamam olan prezidentlik dönəmində Azərbaycanı
regionda lider dövlətə, dünyada
söz sahibinə çevirmişdir. Bu möhtəşəm 20 ildə
biz 2 əsr boyunca arzuladığımız
böyük Zəfərə
qovuşduq. 44 günlük
müqəddəs savaşda
Ermənistan silahlı
qüvvələrini darmadağın
edib, diz çökdürdük. İndi
uşaqdan-böyüyə bütün xalqımız
Xankəndidə keçirilən
möhtəşəm hərbi
paradın yaratdığı
sonsuz qüruru, xoş ovqatı yaşayır. Təbii ki, bu barədə
danışmağa, böyük
Zəfərin qürurverici
məqamlarından söz
açmağa istək
də çoxdur, faktlar da yetərincədir.
Amma günümüzün
mövzusu 75 yaşlı
Mingəçevirdir. Yeri
gəlmişkən, böyük
Zəfərə mingəçevirlilərin
sanballı töhfəsini
də minnətdarlıqla
qeyd etmək lazımdır. Torpaqlarımızın
erməni işğalından
azad edilməsi uğrunda müqəddəs
savaşda göstərdikləri
fədakarlığa, xüsusi
xidmətlərə görə
4 mingəçevirli ən
ali mükafata - Azərbaycanın Milli Qəhrəmanı, 2 nəfər
Vətən müharibəsi
Qəhrəmanı adlarına
layiq görülmüş,
9 nəfər "Azərbaycan
Bayrağı", 2 nəfər
"3-cü dərəcəli Rəşadət", 19 nəfər
"3-cü dərəcəli Vətənə xidmət"
ordenləri ilə təltif olunmuşdur. Vətənimizin ərazi bütövlüyü uğrunda
döyüşlərdə 387 mingəçevirli gənc
şəhidlik zirvəsinə
ucalmışdır.
Prezident İlham
Əliyevin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq Mingəçevir Şəhər
İcra Hakimiyyəti şəhid ailələrinə,
Qarabağ müharibəsi
əlillərinə, veteranlarına
davamlı qayğı
və diqqət göstərir. Ümumiyyətlə,
bu gün nur şəhərindəki
mövcud sağlam mənəvi-psixoloji mühit
şəhər sakinlərinin
məmnunluğunu təmin
edən əsas şərtdir. Xüsusilə
son illər bu istiqamətdə təqdirəlayiq tədbirlər
həyata keçirilir,
şəhər rəhbərliyi
xalqın xidmətçisi
olduğunu əməli
işləri ilə təsdiqləməyə çalışır.
ŞİH-nin başçısı
İlham İsmayılov
hüquq-mühafizə orqanlarının,
şəhərdəki xidmət
təşkilatlarının rəhbərliyi ilə birlikdə vaxtaşırı
müxtəlif məhəllələrdə
qəbul-görüşlər keçirir, vətəndaşların
təklif və müraciətlərini yerində
öyrənir, insanları
rahatsız edən çətinlik və problemləri aradan qaldırmaq üçün
operativ tədbirlər
görür. Bütün
bunlar isə öz növbəsində
vətəndaş-məmur münasibətlərində səmimiyyəti,
məmnunluğu formalaşdırır.
75 yaşlı şəhər
son illər sözün həqiqi mənasında özünün
yeni inkişaf dövrünü yaşayır.
Bu payız günlərində şəhər
yaşıl libası,
al-əlvan gül-çiçəkləri
ilə baharı xatırladır. Regionların
sosial-iqtisadi inkişafı
dövlət proqramlarında
Mingəçevirin yüksəlişini
təmin edən tədbirlərin uğurla
həyata keçirilməsi
şəhərin gerçək
bir sənaye nəhənginə çevrilməsini
təmin etmiş, burada müasir texnologiyaya əsaslanan sənaye parkının, çoxsaylı fabrik və zavodların yaranmasını reallaşdırmışdır.
Cənab İlham Əliyev prezidentliyi dönəmində dəfələrlə
nur şəhərinə
səfər etmişdir.
Hər səfər Mingəçevirin yüksəlişinə
hesablanmış yeni fabrik və zavodların, məktəblərin,
xəstəxanaların, yaşayış
məhəllələrinin açılışları ilə
yaddaşlara həkk olunmuşdur. Dövlət
başçısının Mingəçevirə səfərləri
zamanı açılışında
iştirak etdiyi müəssisələrin qısa
siyahısı belədir:
"Kür elektron avadanlıqları zavodu",
"İnterenerci beton
dayaqları", "İzolit"
ASC-lər, "Kür
Olimpiya Tədris İdman Mərkəzi",
Şahmat məktəbi,
YAP şəhər təşkilatının
inzibati binası, Heydər Əliyev Mərkəzi, Gənclər
evi, Dövlət bayrağı meydanı,
"Günəşli" bağ massivinə çəkilən qaz xətti, Xaldan-Mingəçevir
yolu, Mingəçevir
Sənaye Parkı,
"ASAN həyat" kompleksi,
nəhəng sutəmizləyici
qurğu, Mingəçevir
Avtomatik İdarəetmə
və Nəzarət Mərkəzi, Dövlət
Rəmzləri Muzeyi və s. Bundan əlavə, son 20 il ərzində Prezident şəhərin sosial-iqtisadi inkişafına
yönəlik 9 sərəncam
imzalamış, 36 milyon
manat vəsait ayırmışdır.
Mingəçevirin uğur
salnaməsinə günü
bu gün də yeni və
parlaq səhifələr
yazılır. Dövlətin
güclü əlini hər zaman kürəyində hiss edən mingəçevirlilər
əsl vətəndaş
mövqeyində çalışır,
ürəklərinin odu,
əllərinin hərarəti
ilə daş üstə daş qoyub şəhəri daha da abadlaşdırırlar.
İndi şəhərdə
salınan parkların
sayı 10-a çatır.
Bu sırada son 5 ilin töhfələri
daha böyükdür.
Bu dövrdə 164 yaşayış binası
əsaslı və cari təmir olunub, hündürmərtəbəli
binalarda 16 yeni lift qoyulub, 15 nümunəvi məhəllə
yaradılıb, 240 küçəyə
işıqlanma xətti
çəkilib, Dövlət
Rəmzləri Muzeyi inşa olunub, 100 nəfərlik açıq
səhnə istifadəyə
verilib, şəhərin
girişində Zəfər
gününün şərəfinə
yeni park salınıb, Nəsimi parkı yenidən qurulub. Hazırda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə
ağacəkmə aksiyaları
davam edir, tikinti, abadlıq-quruculuq işləri səngimir. Şəhid ailələri
və Qarabağ əlilləri üçün
nəzərdə tutulan
72 mənzilli yaşayış
binasında son tamamlama işləri görülür.
Nur şəhərinin
dinamik inkişafında,
müasir və abad görkəm almasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri təqdirəlayiqdir.
Müəllifi Mehriban
Əliyevanın olduğu
"Yeniləşən Azərbaycana
yeni məktəb"
proqramı çərçivəsində
şəhərdə hər
biri 300 yerlik olan 19 və 20 nömrəli, 200 yerlik 5 nömrəli orta məktəblər, 1200 yerlik
texniki-humanitar lisey,
13 nömrəli tam
orta məktəb tikilib istifadəyə verilmişdir. Bu qayğını, isti və doğma münasibəti mingəçevirlilər
hər zaman minnətdarlıqla vurğulayırlar.
Bütün bunların
sayəsində Mingəçevirin
şöhrəti bu gün Azərbaycandan uzaqlarda da geniş
yayılıb. Şəhərin
məhəbbət və
səmimiyyətlə uzatdığı
qardaş əli bir sıra xarici
şəhərlərdə hərarətlə sıxılır,
ehtiramla qəbul edilir. Qazaxıstanın Uralsk, Belarusun Polosk, İsrailin Afula, Türkiyənin Çölbaşı və
Qars kimi şəhərləri belə
şəhərlərdəndir. Bu qardaş şəhərlər də
bu günlər Mingəçevirin 75 yaşını
müxtəlif tədbirlərlə
qeyd etmişlər.
Mingəçevirin özündə
isə yubiley günündə bu münasibətlə silsilə
tədbirlər keçirilmişdir.
Tədbir iştirakçıları
öncə xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə
tər qızılgüllər
qoymuş, Şəhidlər
xiyabanına gedərək
vətən fədailərinin
əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra qonaqlar və şəhər sakinləri S.Vurğun parkında nur şəhərinə şöhrət
gətirən gənc
idmançıların çıxışlarına
baxmış, Sahil parkında isə gənc və yeniyetmələrin elm və texnika sahəsində əldə
etdikləri uğurlara
həsr edilmiş sərgini maraqla seyr etmişlər.
Bayram tədbirlərinin
rəsmi hissəsi şəhər teatrında
gerçəkləşmişdir. Mingəçevir Şəhər
İcra Hakimiyyətinin
başçısı İlham
İsmayılov və
digər natiqlər öz çıxışlarında
Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini minnətdarlıqla xatırlamış,
Mingəçevirin möhtəşəm
yüksəlişində Prezident
İlham Əliyevin böyük qayğı və diqqətini vurğulamışlar. Sonda
tədbir iştirakçılarına
musiqi proqramı təqdim olunmuşdur.
***
Ana Kürün
ikiyə böldüyü
bu ecazkar şəhərin hər iki sahili yaraşıqlı
parklarla, zümrüd
donlu xiyabanlarla naxışlanıb. Hər
addımda fəvvarələrin
nəğməsi, güllərin
rayihəsi göz oxşayır, ruhumuza sığal çəkir.
Şəhərin çıraqban
gecələri gündüzündən
də gözəldir.
Sahil parkı gecələr başqa bir aləm olur.
Rəgbərəng işıqları
göylərə güzgü
tutan Ana Kürün nəğməkar
ləpələrində bərq
vurub dəcəl uşaqlar kimi oynaşır, həzin musiqinin sədaları dalğa-dalğa ətrafa
yayılır. Ahıllar
dəstə-dəstə masa
ətrafında əyləşib
çay içir, uşaqlar əylənir, gənclər isə qayıq gəzintisinə çıxırlar. Qoy bu həyat firavanlığını
bizə bəxş edən dövlətimizin gücü, qüdrəti
tükənməz, müstəqilliyi
əbədi olsun!
75 yaşın mübarək,
nur şəhəri!
Lazım QULİYEV,
Azərbaycan.-2023.-
14 noyabr, № 247.- S.13.