26 il əvvəl
"Əsrin müqaviləsi"
çərçivəsində "Çıraq" platformasından
hasilata başlanmışdır
1997-ci il noyabrın
12-də Ulu Öndər
Heydər Əliyev Xəzərin Azərbaycan
sektorunda quraşdırılmış
"Çıraq" platformasına
gəldi. Burada "Azəri-Çıraq-Günəşli"
(AÇG) layihəsi tərəfdaşları
nümayəndələrinin, xarici ölkələrdən
gəlmiş nüfuzlu
qonaqların iştirakı
ilə təntənəli
tədbir keçirildi.
Bu, sıradan bir tədbir deyildi. Çünki həmin gün təkçə neft sənayemizin deyil, ümumiyyətlə, ölkəmizin
tarixinə önəmli
bir səhifə yazılırdı.
Neft-qaz hasilatı
ilə məşğul
olan istənilən ölkədə hər bir karbohidrogen yatağından hasilata başlanması iqtisadi cəhətdən böyük
əhəmiyyət daşıyır
və mühüm hadisə sayılır. Azərbaycan üçün
isə "Çıraq"dan
ilkin neftin çıxarılması daha
böyük məna kəsb edirdi. Bu, həmin vaxt iqtisadi durumu
çox zəif olan ölkəmizin dirçəlişinə və
böyük gələcəyinə
hesablanmış "Əsrin
müqaviləsi"nin birinci
nefti idi.
"Çıraq"dan neft alınmaqla çətin sınaqlardan
keçmiş möhtəşəm
bir layihənin - "Əsrin müqaviləsi"nin
gerçəkliyə çevrildiyi
təsdiq olundu. Bu, müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft
strategiyasının ilk
böyük qələbəsi
idi.
"Çıraq"ın neft verməsi sıradan bir qurğudan hasilata başlanması anlamından
böyük məna daşıyırdı. "Çıraq"
"Əsrin müqaviləsi"nin
birinci platforması idi. Odur ki,
ilkin neft təkcə platformadan quyuların qazılıb karbohidrogenlərin çıxarılması
deyildi. Bundan əvvəl vacib olan genişmiqyaslı işlər görülmüşdü.
Belə ki, həmin işlər köhnə "Çıraq-1" platformasının əsaslı
təmirini, əslində,
təzədən tikilməsini,
Xəzərin sahilində
Səngəçal və
Qara dənizin sahilində Supsa terminallarının yaradılmasını,
hasil olunan nefti quruya çıxarmaq
üçün sualtı
boru xətlərinin çəkilməsini əhatə
etmişdi. Başqa sözlə, "Əsrin
müqaviləsi" imzalanandan
cəmi üç il sonra həmin
saziş çərçivəsində
hasilata başlanması
dünyada misli görünməmiş nailiyyət,
neftin çıxarılması
və nəqli üçün belə geniş infrastrukturun yaradılması əsl rekord idi.
Xatırladaq ki,
"Çıraq" platforması
Xəzərdə, Bakı
şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından
quyuların qazılmasına
1997-ci ilin avqustunda başlanıb. Həmin ilin noyabrından, yəni ilk neftin
əldə olunmasından
bəri "Çıraq"
təmir və profilaktika üçün
ayrılmış qısa
fasilələri çıxmaqla,
ahəngdar işləyir.
"Çıraq"dan
neft 24 düymlük sualtı kəmərlə
Səngəçal terminalına
nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Terminalda neft tərkibində gələn
sudan təmizlənib çənlərə vurulur,
sonra ixrac marşrutu ilə yola salınır. Yataqdan çıxarılan
səmt qazı uzunluğu 50 kilometr olan 16 düymlük sualtı kəmərlə
Neft Daşlarındakı
kompressor stansiyasına
ötürülür.
"Çıraq" neft platforması olmaqla yanaşı, həm də böyük uğurlar üçün platforma -
özül oldu. Belə ki, ondan
sonra Xəzərdə,
AÇG müqavilə sahəsində
daha yeddi platforma quraşdırıldı.
Onlardan dördü
"Azəri" yatağında,
ikisi "Dərinsulu Günəşli"də, biri
"Qərbi Çıraq"da
yerləşir. İndi
Xəzərdə "Çıraq"ın
daha bir "qonşu"su məskən
salmaqdadır. AÇG müqavilə
sahəsində quraşdırılan,
"Azəri Mərkəzi
Şərqi" (ACE) adlanan
platformadan gələn
il hasilata başlanacağı gözlənilir.
Bu qurğuların hamısının inşasında
və istismarında "Çıraq"ın təcrübəsindən
geniş istifadə edilib.
AÇG-də yeni
daha böyük və daha müasir
platformalar istirmara verilənədək, yəni
2005-ci ilədək "Çıraq"
bu yataqlar blokunda yeganə hasilat və ixrac mənbəyi olub. Başqa sözlə, "Çıraq"
ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı.
Lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu qurğu hələ də AÇG layihəsinin
yeni platformaları ilə yanaşı, əməyin təhlükəsizliyi
üzrə beynəlxalq
standartlara uyğun, həmçinin yüksək
əməliyyat səmərəliliyi
ilə istismardadır.
AÇG-nin operatoru olan bp şirkətinin
məlumatına görə,
bu ilin əvvəlindən
"Çıraq"dan gündə
orta hesabla 23 min barel neft
hasil olunub.
Xatırladaq ki,
AÇG layihəsində iştirak
payları belədir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz),
İNPEKS (9,31 faiz), "Ekvinor"
(7,27 faiz), "EksonMobil"
(6,79 faiz), TPAO (5,73 faiz),
İTOÇU (3,65 faiz), ONGCVideş
(2,31 faiz).
"Çıraq"a aid bir önəmli
fakt isə odur ki, bu
gün platformada çalışan 60 bp işçisinin hamısı
dünya səviyyəli
yerli mütəxəssislərdir
və növbəli işləyən hər iki rəhbəri də Azərbaycan vətəndaşıdır.
Flora SADIQLI,
Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.13.