Bizim öz şəhər günlərimiz var

 

 

Noyabrın 8-də ilk dəfə Şuşa Şəhəri Günü qeyd edildi. Bu, işğaldan azad edilmiş şəhərlərimizlə bağlı keçirilən ilk belə tədbir deyil. Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş bütün şəhərlərimizin günlərinin qeyd edilməsi barədə sərəncam imzalamışdır həmin sərəncamın icrası çərçivəsində Qarabağ Şərqi Zəngəzurun şəhərlərinin işğaldan azad olunduqları tarixlər xüsusi günlər kimi qeyd edilir. 

Bu gün isə işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur yenidən qurulur, minalardan təmizləndikdən sonra bütün ərazilərdə sürətlə genişmiqyaslı tikinti bərpa işləri aparılır. Bu, Prezidentin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası deməkdir. Hətta artıq insanlar geriyə - yurd yerlərinə dönməyə başlamışlar. Hamı əmindir ki, erməni işğalçılarının viran qoyduğu şəhərlər bir neçə ilə ayağa qaldırılacaq. Biz hər ucalan bina ilə, hər bərpa edilən abidəmizlə  düşmən üzərində çaldığımız qələbəni bir daha təsdiq edəcəyik. Qarabağın hər qarış torpağının bizim üçün dərəcədə müqəddəs olduğunu onu necə məhəbbətlə bərpa etdiyimizi, necə cənnətə döndərdiyimizi bütün dünyaya da, düşmənə göstərəcəyik. Bundan sonra qeyd edəcəyimiz hər şəhər günü bizi bir daha möhtəşəm qələbələrə, eyni zamanda bundan sonra ayıq olmağa səsləyəcək.

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır bu minvalla 2050-ci ilə qədər planetin əhalisinin 68 faizinin şəhərlərə köçəcəyi gözlənilir. Hər gün Yer kürəsində şəhər əhalisinin sayı 180 min nəfər artır. Şəhərlər böyüdükcə onların problemləri çoxalır. Beləliklə, şəhərlərdə həyat tərzi dəyişdikcə, müasirləşdikcə insanların rahatlığını dincliyini nəzərə alan tədbirlərin siyahısı uzanır. İndi bütün şəhərlərdə həyat tərzinin yaxşılaşdırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilir, təcrübə mübadiləsi aparılır yeniliklər tətbiq edilir. Urbanizasiya problemləri artdıqca şəhərsalmaya da fərqli rakursdan yanaşılır, gündəmə yeni problemlər fərqli tərzdə çıxarılır.

Qayıdaq yenə ölkəmizə. Azərbaycanın ən qədim tarixi şəhərləri 30 il erməni işğalı altında darmadağın edilərək Yer üzündən silinmişdir. Erməni faşistləri bütün Qarabağdan Şərqi Zəngəzurdan Azərbaycanın tarixi izlərini silmək məqsədilə yolları belə dağıtmış, binaların himlərini belə sökmüşlər. Amma yanılmışlar. Bu gün bütün Qarabağ Şərqi Zəngəzur heç kimin ağlına gəlməyən bir tərzdə yenidən bərpa edilir, şəhərlərimiz daha möhtəşəm bir görkəm alır. Dünyada hər il  noyabrın ilk günü Beynəlxalq Şəhərlər Günü kimi qeyd olunur. Amma bizim öz şəhər günlərimiz var: 26 Avqust - Laçın Şəhəri Günü; 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü; 17 Oktyabr - Füzuli Şəhəri Günü; 20 Oktyabr - Zəngilan Şəhəri Günü; 25 Oktyabr - Qubadlı Şəhəri Günü; 8 Noyabr - Şuşa Şəhəri Günü; 20 Noyabr - Ağdam Şəhəri Günü 25 Noyabr - Kəlbəcər Şəhəri Günü.

Ümumiyyətlə, son illər bütün şəhərlərimizin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Vaxt var idi postsovet məkanında Bakını yalnız neft şəhəri kimi tanıyırdılar. Amma indi Bakıya aşiq olan, onu görməyə can atanların sayı-hesabı yoxdur. Keçmişin çalarları ilə müasir memarlıq cizgilərinin ecazkar tərzdə uzlaşdığı paytaxtımız gülərüz insanları ilə milyonların qəlbini fəth edir. Çünki Bakı 10-20 il əvvəlki deyil, hamının qəlbini riqqətə gətirən bir şəhərdir.

Elə rayon mərkəzlərimizin görkəmi sürətlə dəyişir. Yeni parklar, yeni binalar yerli insanlara rahatlıq, dinclik gətirir, əcnəbiləri isə valeh edir. 20-30 il öncə vaxt var idi bizim rayon mərkəzlərinin darıxdırıcı yeknəsək bir görkəmi vardı. Yaxşı yadımdadır, ötən əsrin 70-75-ci illərində Qubaya yeni birinci katıb təyin edilmişdi. İşə başladığı gündən harada dağınıq yer vardısa, qarşısını bir hasarla hördürürdü. Bir-iki aydan sonra ona hamı "Çəpərxan" deyirdi.

İndi isə Qubaya gələn ona valeh olur. Şəhərin müasir mərkəzi formalaşıb   bu qədim şəhərdə yeni memarlıq abidələri köhnə tikililərlə harmoniya yaradır. Vaxt vardı rayon mərkəzlərində qadının küçəyə, parka çıxması ayıb sayılardı. Çünki bu yerlərdə adam olmazdı. Amma indi parklarımız öz gözəlliyi ilə uşaqların qadınların istirahət mərkəzinə çevrilib. Bəli, şəhərlərimiz abadlaşdıqca, inkişaf etdikcə özümüz dəyişirik - daha fərqli, daha yüksək mədəniyyətin daşıyıcısına çevrilirik.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2023.-14 noyabr,№247.-S.14.