Prezident İlham Əliyevdən sosial sahənin inkişafına daha bir töhfə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin “DOST EVİ” filialının açılışında
iştirak ediblər
Noyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin “DOST EVİ” filialının açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
dövlətimizin başçısına
və birinci xanıma görülən
işlər barədə
məlumat verdi.
Qeyd edək ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
dövlət siyasətində
sosial sahənin inkişafına və həssas təbəqənin
sosial məsələlərinin
həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə
dövlət səviyyəsində
icra olunan layihələrlə yanaşı,
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri
də xüsusi əhəmiyyəti ilə
seçilir. Bu baxımdan DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin
yaradılmasını da
qeyd etmək olar. Birinci vitse-prezident
Mehriban Əliyevanın
təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi şəhid
ailələrinin üzvləri,
əlilliyi olan şəxslər, valideynini
itirmiş uşaqlar, aztəminatlı ailələrin
övladları sırasından
istedadlı şəxslərin
yaradıcılıq potensialının
inkişaf etdirilməsidir.
Mərkəzin fəaliyyət
istiqamətləri əsasən
musiqi, təsviri incəsənət, rəqs,
dulusçuluq, xalçaçılıq,
toxuma, floristika, landşaft dizaynı və bağçılıq,
bədii oyma, kulinariya, fotoqrafiya və sairdir.
Fəaliyyət dövrü
ərzində 470 benefisiar
Mərkəzdə müxtəlif
yaradıcılıq istiqamətləri
üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb.
Hazırda Mərkəzdə
186 nəfərə xidmət
göstərilir. Onlardan
131 nəfər əlilliyi
olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı
ailələrin üzvləri,
12 nəfər isə
şəhid ailəsi
üzvüdür.
İsmayıllıdakı “DOST
EVİ” də həmin
Mərkəzin filialı
kimi fəaliyyət göstərəcək.
Bildirildi ki,
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin “DOST EVİ” filialı Muğanlı-İsmayıllı
yolunun 16-cı kilometrliyində
yerləşir.
Müəssisə modern
və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis
sistemləri ən yüksək tələblərə
cavab verir.
“DOST EVİ” birmərtəbəli olmaqla iki blokdan
ibarətdir. Filialda 10
istiqamət üzrə
6 emalatxana - dulusçuluq,
bədii oyma, misgərlik və zərgərlik, dərzilik
və kəlağayı,
xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət
göstərəcək.
Sərgi və
Satış Mərkəzində
benefisiarların hazırladıqları
əl işlərinin
nümayişi, həmçinin
satışı həyata
keçiriləcək. Hazırda
“DOST EVİ”ndə DOST
İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin benefisiarları
tərəfindən dulusçuluq,
bədii oyma, xalçaçılıq, toxuma
və tikmə, dərzilik, təsviri incəsənət, floristika,
bağçılıq və
landşaft dizaynı istiqamətləri üzrə
hazırlanmış əl
işlərindən ibarət
sərgi təşkil
olunub. Sərgidə
150-dək əl işi
təqdim edilir.
Diqqətə çatdırıldı
ki, bölgədə yaşayan və “DOST EVİ”nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları
sənətkarlıq nümunələrinin
də burada nümayişi və satışı həyata
keçiriləcək.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva “DOST EVİ”ndəki emalatxanalarla tanış oldular.
“DOST EVİ” bölgədə müvafiq peşə hazırlığı kursları
üçün təlim
bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına
da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu
təmin ediləcək.
Benefisiarlar, təlimçilər
və digər işçilər əlilliyi
olan şəxslər
və digər həssas qruplar arasından seçiləcək.
Qeyd olundu ki, filialda 50-80 nəfər benefisiar üçün 6 ay – 2 il müddətində təlimlər-kurslar təşkil
olunacaq və sonda onlara sertifikatlar
veriləcək.
Əlilliyi olan
şəxslər inklüziv
kafe sahəsində işə cəlb edilərək ictimai iaşə xidmətləri
təşkil olunacaq.
Burada qonaqlara ekoloji təmiz məhsullardan hazırlanan
və milli kulinariya nümunələri
olan keyfiyyətli qidalar, un məmulatları
təqdim ediləcək.
Filialın bio-market sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları
satılacaq.
Bir sözlə,
“DOST EVİ” bölgədə yeni iş yerlərinin,
o cümlədən əlilliyi
olanlar, həmçinin
digər həssas qrupların məşğulluq
və gəlir imkanlarının artırılmasına,
milli sənətkarlığın
inkişafına və
təbliğinə, bölgədə
turizm imkanlarının
genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına,
keyfiyyətli iaşə
xidmətlərinin göstərilməsinə
dəstək verəcək.
İsmayıllı rayonunda
belə bir müəssisənin yaradılması,
eyni zamanda, bu ərazinin abadlaşmasına imkan yaradıb.
“DOST EVİ” Muğanlı-İsmayıllı yolu ilə hərəkət edən insanlar, xüsusilə qonaqlar üçün gözəl asudə vaxt, istirahət və keyfiyyətli xidmətlər məkanı olacaq.
Azərbaycan.-2023.-
16 noyabr, ¹ 249.- S.2.