"Ümumdünya Poçt Konvensiyası"na
və "Ümumdünya
Poçt Konvensiyasının
Yekun Protokolu"na qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası
2021-ci il avqustun 26-da Abican şəhərində
imzalanmış "Ümumdünya
Poçt Konvensiyası"na
və "Ümumdünya
Poçt Konvensiyasının
Yekun Protokolu"na Azərbaycan Respublikasının
ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.
2. Bu Qanun qüvvəyə mindiyi gündən "Ümumdünya
Poçt Konvensiyasına
və onun Yekun Protokoluna qoşulmaq haqqında"
Azərbaycan Respublikasının
2019-cu il 3 dekabr tarixli 1725-VQ nömrəli
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 12, maddə
1911) 1-ci maddəsi ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
16 noyabr, № 249.- S.3.