Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

 

¹ 414

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

 

Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 57, ¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr 1725, 1743; 2017, ¹ 4, maddə 636, ¹ 6, maddə 1219, ¹ 10, maddə 1882; 2018, ¹ 1, maddə 139, ¹ 11, maddə 2454; 2019, ¹ 7, maddə 1311, ¹ 12, maddə 2074; 2020, ¹ 2, maddə 190, ¹ 6, maddə 813; 2021, ¹ 2, maddə 195; 2022, ¹ 2, maddə 183, ¹ 4, maddə 382) ilə təsdiq edilmişMüfəssəl planların hazırlanması, razılaşdırılması təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.10-2-ci bəndi ləğv edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 16 noyabr, ¹ 249. - S.3.