Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib)
metallar, qiymətli daş yataqları və təzahürləri
istisna olmaqla) istifadəyə birbaşa
danışıqlar yolu
ilə verilməsi hallarının Siyahısı”nda
dəyişiklik edilməsi
barədə
¹ 413
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 31 may tarixli 899-VIQD nömrəli
Qanu-nunun icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 5, maddə
950; 2022, ¹ 1, maddə 86, ¹ 9, maddə 1080) ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən
nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna
olmaqla) istifadəyə
birbaşa danışıqlar
yolu ilə verilməsi hallarının
Siyahısı”nın birinci
hissəsinin 1-ci abzasında
“müsabiqə və
hərrac” sözləri
“hərrac (auksion və ya müsabiqə)”
sözləri ilə,
“müsabiqədə və
hərracda” sözləri
“hərracda (auksionda və ya müsabiqədə)”
sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
14 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
16 noyabr, ¹ 249. - S.3.