Meşəqırma həcminin təsdiq edilməsi Meşəqırma həcminin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 iyun tarixli 99 nömrəli Qərarının ləğv edilməsi haqqında

 

 

№ 412

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. İllik meşəqırma həcmi 84 (səksən dörd) min kubmetr təsdiq edilsin.

2. “Meşəqırma həcminin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 iyun tarixli 99 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 464) ləğv edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.3.