Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
31 mart tarixli 91 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə
olunmalı həyat təminatlı, mühüm
əhəmiyyətli obyektlərin
Siyahısı”nda dəyişiklik edilməsi
haqqında
¹ 410
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 3, maddə
322, ¹ 12, maddə 1674; 2015, ¹ 4, maddə 471, ¹ 10, maddə
1228; 2018, ¹ 7 (II kitab), maddə
1645; 2019, ¹ 2, maddə 356; 2020, ¹ 3, maddə 366; 2021, ¹ 7, maddə
858; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 10 avqust tarixli 351 nömrəli,
2019-cu il 18 dekabr tarixli 485 nömrəli və 2022-ci il 15 mart tarixli 85 nömrəli qərarları)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə
olunmalı həyat təminatlı, mühüm
əhəmiyyətli obyektlərin
Siyahısı”na aşağıdakı
məzmunda 227-ci və
228-ci hissələr əlavə
edilsin:
227. Sərsəng su
anbarı Tərtər, Kəlbəcər
rayonları Fövqəladə Hallar Nazirliyinin vəsaiti
228. Suqovuşan
su anbarı Tərtər
rayonu Fövqəladə Hallar Nazirliyinin vəsaiti
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
13 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
16 noyabr, ¹ 249. - S.3.