Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmişTikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

 

¹ 416

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

 

Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 56; 2017, ¹ 3, maddə 514; 2018, ¹ 7 (II kitab), maddə 1646; 2019, ¹ 2, maddə 358; 2020, ¹ 6, maddə 813; 2022, ¹ 5, maddə 552) ilə təsdiq edilmişTikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumat-ların təqdim edilməsi reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1-ci hissə üzrə:

 

1.1. 1.2-ci bənd ləğv edilsin;

 

1.2. 1.3.1-ci yarımbəndəReyestrəsözündən sonraqeydiyyat uçot məqsədiləsözləri əlavə edilsin;

 

1.3. 1.4-cü bəndəKomitəsisözündən sonra “(bundan sonraKomitə)” sözləri əlavə edilsin.

 

2. 2.1-ci bəndəqeydəsözündən sonra “, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçotasözləri əlavə edilsin.

 

3. 4.2-1-ci bəndin ikinci cümləsində 4.7-ci bənddəReyestrinsözüKomitəninsözü ilə əvəz edilsin.

 

4. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

 

“4-1. Uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi reyestrə daxil edilməsi qaydası

 

4-1.1. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

 

4-1.1.1. qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

 

4-1.1.2. qeyri-yaşayış binasının ünvanı (olduqda);

 

4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

 

4-1.1.4. qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

 

4-1.1.5. qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

 

4-1.1.6. qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

 

4-1.1.7. qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

 

4-1.1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyri-yaşayış binasının yerləşdiyi ərazinin planı;

 

4-1.1.9. qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı lisenziyasının nömrəsi, tarixi).

 

4-1.2. Bu Qaydaların 4-1.1-ci bəndində qeyd olunan sənəd məlumatlar 3 (üç) günü müddətində elektron bazaya daxil edilir Komitənin internet səhifəsində yerləşdirilir.

 

4-1.3. Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.”.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 16 noyabr, ¹ 249. - S.4.