Büdcə zərfinə daxil olan qanun layihələri
birinci oxunuşda qəbul edilib
Milli Məclisin iclasında
Noyabrın 15-də Milli
Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti
plenar iclası keçirilib. Hökumət
üzvlərinin də
iştirak etdikləri
iclasda dünənki iclasın gündəliyində
olan növbəti məsələlər müzakirə
edilib.
AZƏRTAC xəbər verir ki, parlamentin
sədri Sahibə Qafarova gündəliyin növbəti - 8-ci məsələsinin
“Nağdsız hesablaşmalar
haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsi olduğunu bildirib. O, layihəyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
baxıldığını söyləyib.
İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili “Nağdsız
hesablaşmalar haqqında”
Qanuna təklif edilən dəyişikliyin
texniki xarakter daşıdığını deyib. Layihəyə əsasən, nağdsız
hesablaşmalarla bağlı
Qanunun 3.4.11-ci və
3.4.12-ci maddələrində göstərilən tələblər
bir nəzarət-kassa
aparatının çeki
üzrə hesablaşmalara
şamil olunur.
Sonra T.Mirkişili
“Sığorta fəaliyyəti
haqqında” Qanunda dəyişiklik edilməsi
barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki,
ləğv edilən sığortaçının aktivləri
onun kreditorları arasında qanunun 119-cu maddəsində müəyyən
edilmiş növbəlik
qaydasında bölüşdürülür.
Təklif olunan dəyişiklik ləğv
edilən sığortaçının
dövlət büdcəsinə
və büdcədənkənar
dövlət fondlarına
ödəməli olduğu
vergi və digər məcburi ödənişlərin heç
bir müddət məhdudiyyəti tətbiq
edilmədən tam məbləğdə ödənməsini
nəzərdə tutur.
Həmçinin “Banklar
haqqında” Qanunda dəyişiklik olunması
barədə (birinci oxunuş) qanun layihəsini təqdim edən komitə sədri bildirib: “Sənəddə müflis
bankın dövlət
büdcəsinə və
büdcədənkənar dövlət
fondlarına ödəməli
olduğu vergi, habelə digər məcburi ödənişlərin
heç bir müddət məhdudiyyəti
tətbiq edilmədən
tam məbləğdə
ödənməsi təklifi
irəli sürülür”.
Komitə sədri
Siyavuş Novruzov və deputat Rüfət Quliyev məsələ ilə bağlı fikir və qeydlərini diqqətə çatdırıblar.
Sonra Əmək
və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Qanuna
təklif edilən dəyişikliklər texnologiyalar
parkının rezidenti,
onun podratçısı
və podratçısı
ilə birbaşa müqavilə bağlamış
subpodratçı, habelə
bu şəxslər tərəfindən həmin
fəaliyyətin məqsədləri
üçün cəlb
edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim
imkanlarının genişləndirilməsi
və dürüstləşdirilməsi
məqsədi daşıyır.
Komitə sədri
diqqətə çatdırıb
ki, təklif edilən dəyişikliyə
əsasən, sığortaolunanın
seçim hüququ il ərzində yarandıqda hüququn yarandığı gündən
15 gün ərzində
öz seçimi barədə yazılı
məlumatı sığortaedənə
təqdim edir və məcburi dövlət sosial sığorta haqqının
minimum aylıq əməkhaqqı məbləğinin
dörd misli miqdarından hesablanması
seçim hüququnun
yarandığı gündən
etibarən tətbiq olunur.
Sonra Tahir Mirkişili “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri
bildirib ki, dəyişiklik “Gömrük
tarifi haqqında” Qanunun gömrük rüsumlarından azad etmə ilə bağlı 20-ci maddəsinə
6 yeni maddənin əlavə olunmasını
özündə ehtiva
edir. O qeyd edib ki, sənəd
mal, xammal və avadanlıqların idxalını dəstəkləmək
məqsədilə müvafiq
qurumlar (Mərkəzi
Bank, hasilatın pay bölgüsü haqqında
sazişlərdə Azərbaycan
Respublikasını təmsil
edən hüquqi şəxslər və sair) tərəfindən bir sıra malların
idxalının, eləcə
də müəyyən
məqsədlər (humanitar
yardımın göstərilməsi,
müdafiə təyinatlı
məmulatların yaradılması
və istehsalı və sair) üçün
malların idxalının
gömrük rüsumlarından
azad edilməsi məqsədilə hazırlanıb.
Qanun layihələrə
səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Milli Məclisin qərar layihələridir. Bu layihələr Milli Məclisin və Hesablama Palatasının
2024-cü il üçün
xərclər smetası
ilə bağlıdır.
O diqqətə çatdırıb
ki, həmin qərar layihələri bu gün müzakirə
olunacaq, lakin bu iki məsələ
bu gün yox, büdcə zərfinə daxil olan digər sənədlər üçüncü
oxunuşda təsdiqlənən
zaman onlarla birlikdə qəbul ediləcək.
Parlamentin işlər
müdiri Firudin Hacıyevə Milli Məclisin 2024-cü il üçün xərclər
smetası haqqında bildirib ki, 2024-cü ilin dövlət büdcəsində parlamentin
və onun Aparatının saxlanılması
üçün 50 milyon
919 min 10 manat vəsait nəzərdə
tutulub. Xərclər smetasının ümumi dəyərinin 75,12 faizini
əməkhaqqı fondu
və əməkhaqqı
ilə əlaqədar
ayırmalar təşkil
edir. O, parlamentin inzibati binasının saxlanması, mühəndis
qurğularına və
digər avadanlıqlara
xidmətin göstərilməsi,
habelə Milli Məclisin qanunvericilik və təmsilçilik fəaliyyətinin, parlament
tərəfindən keçirilən
beynəlxalq səviyyəli
tədbirlərin təminatı
kimi məsələlər
üzrə cari ildə görülən və növbəti ildə planlaşdırılan
işlər barədə
məlumat verib.
Məsələ ilə
bağlı deputatlar Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Hikmət Məmmədov fikirlərini
bildiriblər, qeydlərini
səsləndiriblər.
Hesablama Palatasının
2024-cü il üçün
xərclər smetası
haqqında Milli Məclisin qərar layihəsi barədə məlumat verə Palatanın sədri Vüqar Gülməmmədov
bildirib ki, palatanın 2024-cü il üçün xərclər
smetası 11 milyon 424 min 588 manat məbləğində
nəzərdə tutulur.
Bu da cari
ildən 798,6 min manat və
ya 8 faiz artıqdır. Palata sədri
bunun səbəbinin
Naxçıvan Muxtar Respublikası üzrə Palatanın İdarəsinin növbəti
ildə mərkəzləşdirilmiş
qaydada maliyyələşməsi
ilə bağlı olduğunu deyib. Palatanın növbəti
il üçün nəzərdə
tutulmuş xərclərinin
təxminən 91 faizi
əməkhaqqı xərcləridir.
Məsələ ilə bağlı deputat Fazil
Mustafa öz fikirlərini
diqqətə çatdırıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki,
gündəliyin 15-ci məsələsi
Azərbaycan və Türkiyə qardaşlığının
və dostluğunun növbəti nümunəsi
olan bir sənəddir. S.Qafarova
“Azərbaycan Respublikası
Hökuməti ilə
Türkiyə Respublikası
Hökuməti arasında
Türkiyə Respublikasının
Kahramanmaraş vilayətində
yaşayış binaları,
ibtidai məktəb, uşaq bağçası
və mədəniyyət
mərkəzinin tikilməsi
haqqında Əməkdaşlıq
Sazişi”in təsdiq edilməsi barədə
qanun layihəsinin parlamentə
təqdim edildiyini söyləyib.
O qeyd
edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə
əsasən, bu qanun layihəsi bir oxunuşda baxılıb, qəbul ediləcək.
Mədəniyyət komitəsinin
sədr müavini
Fazil Mustafa həmin qanun layihəsi
barədə məlumat
verib. O, bu məsələnin Azərbaycan
dövləti ilə Türkiyə arasında olan qardaşlıq prinsiplərinə əsaslandığını
deyib.
Bildirilib ki, Türkiyənin Kahramanmaraş vilayətində
yaşayış binaları,
ibtidai məktəb, uşaq bağçası
və mədəniyyət
mərkəzinin tikilməsi
haqqında Əməkdaşlıq
Sazişi 2023-cü il sentyabrın
25-də Naxçıvan şəhərində
imzalanıb.
Saziş Kahramanmaraş
vilayətində baş
verən zəlzələdən
zərər çəkmiş
bölgələrin birində
yaşayış binaları,
ibtidai məktəb, uşaq bağçası
və mədəniyyət
mərkəzinin tikintisi
layihəsinin icrası
ilə bağlıdır.
Həmin layihənin həyata keçirilməsi
məqsədilə müvafiq
məbləğdə vəsait
Azərbaycan Respublikası
Hökuməti tərəfindən
ayrılacaq, təyin olunmuş icraçı qurum tərəfindən inşa olunacaq bina və qurğular
Türkiyə Respublikası
Hökumətinə əvəzsiz
olaraq veriləcək.
Sonra Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında
sənədin 2 il müddətinə
bağlandığını və bu müddət
ərzində qeyd olunan infrastruktur layihələrin həyata
keçirilməsinin nəzərdə
tutulduğunu deyib. O, rəhbərlik etdiyi komitənin qanun layihəsinə
müsbət rəy verdiyini söyləyib.
Məsələ ətrafında
müzakirələrdə çıxış
edən deputatlar Musa Qasımlı və Hikmət
Məmmədov təqdim olunan
sənədin Azərbaycan-Türkiyə
münasibətlərinin möhkəmləndirilməsində
əhəmiyyətindən danışıblar.
Sonra bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.
Azərbaycan.-2023.-
16 noyabr, ¹ 249. - S.4.