Baş
nazir Əli Əsədov Türkiyənin
ətraf mühit, şəhərsalma və
iqlim dəyişikliyi
nazirinin rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüşüb
Noyabrın 15-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Türkiyə
Respublikasının ətraf
mühit, şəhərsalma
və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavinlərinin
daxil olduğu nümayəndə heyəti
ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Bakıda
keçirilən Türk
Dünyası II Meteorologiya
Forumunun önəmi vurğulanıb. Forumun meteorologiya sahəsində
türkdilli dövlətlər
arasında əməkdaşlıq
əlaqələrinin daha
da inkişaf etdirilməsinə geniş
imkanlar yaradacağına
əminlik ifadə olunub.
2021-ci ildə Ankarada
keçirilmiş I Meteorologiya
Forumu çərçivəsində
Türk Dünyası
Meteorologiya Birliyinin yaradılması haqqında
qəbul edilmiş qərarın önəmi
diqqətə çatdırılıb.
Birliyin yaradılmasının
bölgədə iqlim
dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi
baxımından böyük
əhəmiyyət daşıdığı
bildirilib.
Tərəflər qlobal
iqlim dəyişmələri
çağırışlarına cavab vermək üçün Türk dövlətləri meteorologiya
xidmətlərinin fəaliyyətinin
əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin
önəmini qeyd ediblər.
Azərbaycanda meteorologiya
sahəsinin modernləşdirilməsi
üçün dövlətimiz
tərəfindən həyata
keçirilən işlər
barədə məlumat
verilib. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin
Ümumdünya Meteorologiya
Təşkilatının standartlarına
uyğun təkmilləşdirilməsi
sahəsində davamlı
tədbirlərin görüldüyü
diqqətə çatdırılıb.
Hidrometeoroloji hadisələrin
proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin
yaradılması istiqamətində
hazırlıq işlərinin
davam etdirildiyi vurğulanıb.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın
inkişafından məmnunluq
ifadə edilib. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata
keçirildiyi bildirilib.
Həmçinin Türkiyənin
iqlim dəyişikliyi
ilə mübarizədə
səyləri yüksək
qiymətləndirilib. Vurğulanıb
ki, 2020-ci ildən Azərbaycan Türkiyənin
"Gələcəyə nəfəs!" şüarı
altında keçirilən
kütləvi ağacəkmə
aksiyasına qoşulub,
ötən dövr ərzində layihə çərçivəsində ölkə ərazisində
yüz minlərlə
ağac əkilib.
Türkiyə nümayəndə
heyətinə Ermənistanın
30 illik işğalı
dövründə Azərbaycan
torpaqlarına dəymiş
ekoloji ziyan barədə məlumat verilib.
Hazırda həmin
ərazilərdə aparılan
bərpa-quruculuq işləri
çərçivəsində ekologiyanın, bioloji müxtəlifliyin, su bioresurslarının, təbiət
abidələrinin bərpası
üzrə tədbirlər
həyata keçirilir.
Bu istiqamətdə
Türkiyə ilə əməkdaşlığın önəmini qeyd edən Ə.Əsədov
Cəbrayıl rayonu ərazisində birgə həyata keçirilən
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik”
və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinin
davam etdirildiyini bildirib.
Eyni zamanda, su resurslarının idarə edilməsi məsələsinə toxunan
Ə.Əsədov su ehtiyatlarının həm
transsərhəd, həm
də yerli miqyasda qorunmasının Azərbaycan üçün
strateji əhəmiyyət
kəsb etdiyini diqqətə çatdırıb.
Bu baxımdan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi ilə bağlı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi gündəlikdə duran aktual məsələ kimi qiymətləndirilib.
Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.4.