YAP nümayəndə
heyəti Şimali Kiprin 40-cı ildönümü
münasibətilə keçirilən
rəsmi tədbirlərdə
iştirak edib
Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqovun başçılıq etdiyi
nümayəndə heyəti
Şimali Kipr Türk Cümhuriyyətinə
(ŞKTC) səfəri çərçivəsində
noyabrın 15-də ŞKTC-nin 40-cı ildönümü
- Cümhuriyyət bayramı
münasibətilə təşkil
olunan rəsmi tədbirlərə qatılıb.
Partiyanın mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatarın təbrik qəbulunda və Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkü anma mərasimində iştirak edən YAP nümayəndə heyəti
Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən
olan Fazil Küçükün adını
daşıyan Bulvarda təşkil edilmiş təntənəli Cümhuriyyət
bayramı mərasimini
izləyib.
Sonra YAP nümayəndə
heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Baş
naziri Ünal Üstelin adından verilən rəsmi nahara qatılıb.
Daha sonra nümayəndə heyəti
Azərbaycandan Xəzər
Universitetinin də komandasının təmsil
olunduğu "15 Noyabr
- Universitetlərarası Cümhuriyyət
Kuboku" basketbol yarışının mükafatlandırma
mərasiminə qatılıb.
YAP Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov I yeri tutmuş komandaya kubok və nişanları
təqdim edib.
Yeni Azərbaycan
Partiyasının nümayəndə
heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatarın adından verilən rəsmi ziyafətdə iştirak edib.
Bununla da Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.
Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.5.