Müdafiə naziri “Dubai Airshow – 2023” beynəlxalq sərgisində olub

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow – 2023" beynəlxalq sərgisində iştirak edir.

Noyabrın 15-də nazirliyin rəhbər heyəti Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika hərbi təyinatlı vasitələrlə tanış olub.

"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

***

 

Həmin gün Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgisində nümayiş etdirilən İtaliyanınLeonardoşirkətinin istehsalı olan silah, texnika hərbi təyinatlı vasitələrlə tanış olub.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

***

 

Dünən Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti  sərgidə BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika hərbi təyinatlı vasitələrlə tanış olub.

Sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2023.- 16 noyabr, ¹ 249. - S.5.