Gələn ilin dövlət büdcəsi ölkənin inkişafına yeni töhfələr verəcək

 

 

"Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişaf, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təminatı ilk növbədə iqtisadi artıma istiqamətləndirilsə , eyni zamanda burada əsas məqsəd vətəndaşların həyat şəraitinin, gələcək nəsillərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu gün Azərbaycan yeni çağırışlara, iqtisadiyyatın modernləşdirilməsi "yaşıl iqtisadiyyat"ın inkişafının zəruriliyinə adekvat cavab verir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Əsasən ətraf mühitin mühafizəsi ilə bağlı danışan komitə sədri qeyd edib ki, iqlim dəyişikliyi, qlobal istiləşmə, su ehtiyatlarının məhdudluğu, təbii sərvətlərdən səmərəsiz istifadə bu kimi strateji məsələlərin köklü həlli istiqamətində fəaliyyətlərin daha da təkmilləşdirilməsi zəruridir. Ümumiyyətlə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət istiqamətlərini bir  neçə istiqamət üzrə qruplaşdırmaq olar.

"İlk növbədə qeyd etmək lazımdır ki, tullantıların çoxalması, daşınması utilizasiyası problemlərinin  ekoloji tarazlığa mənfi təsirləri son dövrlər getdikcə artır. Respublikanın bir çox şəhər rayonlarının kənarlarında primitiv tullantı poliqonları yaranıb. Bu, ətraf mühiti torpağı çirkləndirməklə bərabər, insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəliklərin yayılmasına da şərait yaradır. Təklif edirəm ki, Bakıda olduğu kimi, respublikanın digər iri sənaye şəhərlərində müasir texnologiyalara əsaslanan, elektrik enerjisi digər məhsullar istehsal edilə bilən tullantıların qəbulu utilizasiyası sistemi təşkil edilsin", - deyə S.Qurbanov bildirib.

Komitə sədri ətraf mühitin mühafizəsi istiqamətində ikinci vacib məqama da toxunub.  Söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə daxili su ehtiyatlarının, günəş, külək, geotermal enerji mənbələri üzrə böyük potensialın olması "yaşıl enerji"yə keçid enerji səmərəliliyi ilə bağlı imkanları artırır. Ekoloji tarazlığa mənfi təsirlərin azaldılması bərpa olunmayan enerji resurslarına qənaət edilməsi müəyyən edilsədə, bu sahə üzrə kadr hazırlığı həyata keçirilmir. Ona görə bu sahəyə diqqətin artırılmasına ehtiyac var.

Sadiq Qurbanov tükənən sərvət olduğuna görə su ehtiyatlarının inteqrasiyalı səmərəli idarə olunmasını vacib hesab edir. Müsahib vurğulayıb ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə, təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Proqramına Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilib. Dünya İqtisadiyyat Forumu ardıcıl üçüncü ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına salır.

"Azərbaycanda mövcud suvarma kanallarının 70 faizinin torpaq məcralı olması torpaqların şoranlaşmasına səbəb olmaqla yanaşı, ciddi su itkisi yaradır. Kür Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə büdcə vəsaiti hesabına çaylardan götürülmüş çirkli suyun təmizlənərək içməli su kimi əhaliyə verilməsi üçün modul tipli su təmizləyici qurğular quraşdırılıb. Lakin bu qurğuların fasiləsiz fəaliyyətində müəyyən çatışmazlıqlar var. Həmin su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir", - deyə komitə sədri bu problemə diqqət çəkib.

Sadiq Qurbanov əhalinin içməli su ilə təchizatında olan problemlərin həlli üçün təklif edib ki, müvəqqəti quraşdırılmış, nəticəliliyi səmərəliliyi aşağı olan, istismar müddəti başa çatmış modul tipli su təmizləyici qurğuların quraşdırılması metodundan imtina etmək bu sahədə dayanıqlı su mənbəyinin yaradılması yolu ilə ya mövcud su tutarlarından istifadə etməklə əhaliyə içməli su çatdırmaq lazımdır. Bu istiqamətdə tədbirlərin görülməsi daha məqsədəuyğundur.

Komitə sədri həmçinin meliorasiya suyu ilə bağlı təklifini səsləndirib: "Su itkisinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsinə, Sudan istifadə edənlər birlikləri ilə suvarma suyunun istehlakçıları arasında münasibətlərin təkmilləşdirilməsinə ehtiyac var".

Sadiq Qurbanov deyib ki, ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünütəminetmə səviyyəsi aşağıdır daxili tələbatı tam ödəmək üçün yetərli deyil: "Ölkədə adambaşına düşən orta illik balıq balıq məhsulları istehlakı 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-ci ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir. Son 15 il ərzində ölkədə ovlanmış yetişdirilmiş balıq istehsalı 5 dəfəyədək artsa da, hələ ölkədə istehlak olunan balıq məhsullarının ümumi həcminin cəmi 1 faizini  təşkil edir".

Komitə sədri qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə 2000-ci ildə 12, 2020-ci ildə isə 7 ədəd balıqartırma müəssisəsi olub: "Hazırda bu müəsissələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 milyon 144 min 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb. Bu isə 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Bu səbəbdən akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün, sözügedən sahəyə diqqət ayrılmasına, investorların cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir effektiv texnologiyaların tətbiqinə ehtiyac duyulur".

Sadiq Qurbanov ətraf mühitin mühafizəsi barədə danışarkən Hacıqabul gölü ilə bağlı problemlərdən bəhs edib.  Gölün qurumasının artıq on illərdir ki, davam etdiyini bildirən komitə sədri deyib: "Ərazidə yaranan xoşagəlməz vəziyyətin Şirvan şəhəri Hacıqabul rayonu da daxil olmaqla, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə mənfi təsiri danılmazdır. Urmiya gölünün qurumasının fəsadlarının ekosistemə vurduğu zərərlərə nəzər salsaq, Hacıqabul gölünün bərpasının da ekosistemimizə böyük töhfə verəcəyi bizə aydın olar".

Bu günlərdə Milli Məclisdə müzakirə olunan 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı da danışan komitə sədrinin sözlərinə görə, əsas məqsəd ölkənin başlıca maliyyə planı ilə iqtisadiyyatın sahələri arasında bağlılığı göstərməkdir. Hökumət bu məqsədin öhdəsindən layiqincə gəlir. 2024-cü ilin dövlət büdcəsi layihəsini bu baxımdan məqbul hesab edirəm. "Hesablama palatası da işinin öhdəsindən layiqli şəkildə gəlir. Bunun nəticəsidir ki, dövlət büdcəsi layihəsinə   onun icrası haqqında qanun layihələrinə rəy verməklə büdcə xərclərinin istifadə olunmasının səmərəliliyinin qiymətləndirilməsinə şərait yaradılıb. Gələn ilin büdcə layihəsinin ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə inanıram", - deyə S.Qurbanov əlavə edib.

Komitə sədri yekunda onu bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın davamlı inkişafı, Qarabağ regionunun bərpası ilə bağlı bizi böyük işlər gözləyir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.7.