Fransanın məqsədi Cənubi Qafqazda münaqişə yaratmaqdır

 

 

Beynəlxalq dairələrdə daim Ermənistana havadarlıq edən Fransa bir addım da irəli gedərək bizə düşmən olan bu ölkəni silahlandırmağa başlayıb. Fransadan göndərilən silahlar artıq Ermənistana gəlib çatıb. Sosial şəbəkələrdə bu faktı təsdiq edən şəkillər yayımlanıb. Ermənistanın müdafiə nazirliyi Fransanın "Bastion" zirehli texnikalarının ölkəyə göndərilməsi barədə yayılan məlumatları şərh etməyib. Müdafiə Nazirliyinin mətbuat katibi günahkar birisi kimi bu mövzu ilə bağlı danışmaqdan boyun qaçırıb. Verilən sualları geniş şərh etməyən mətbuat katibi yalnız qısaca olaraq: "Ermənistan Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi açıqlama bəyanatlardan başqa hazırda əlavə məlumat verə bilmərik", - deyib.

Mövqeyindən hərəkətlərindən hiss olunur ki, Ermənistana silah satmaqda Fransanın təkcə maddi deyil, həm siyasi maraqları var. Bu siyasi maraqlardan ən başlıcası Cənubi Qafqazda gərginlik yaratmaqdır bundan istifadə edərək çirkin məqsədlərinə nail olmaqdır. Təəssüf ki, Fransanın Ermənistana silah satmaq məsələsi təkcə bu ölkənin deyil, ümumilikdə Qərbin maraq dairəsindədir. Əgərmaraq dairəsində olmasaydı, bu hadisəni pisləyən hansısa bir bəyanat verər, münasibət bildirərdi. Amma indiyə qədər etiraz bildirən heç bir bəyanat gözə dəymir. Gözə dəyən yalnız Ermənistana verilən döyüş texnikaları silahlardır. Həmişə özünü guya beynəlxalq hüququn təbliğatçısı, sülh sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına alır. Eyni zamanda vəziyyətin daha da gərginləşdirilməsinə şərait yaradır. Ermənistan da bu şəraitdən yararlanmaq üçün uğursuz çabalar göstərir.

Fransanın Ermənistana göndərdiyi silahları araşdırarkən çox maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, Ukrayna-Rusiya müharibəsi başlayanda Fransa indi Ermənistana satdığı "Bastion" zirehli maşınlarını kömək məqsədilə Ukraynaya göndərib. Hərbi erspertlər Fransanın göndərdiyi silahları almazdan əvvəl təlim mərkəzində baxış keçiriblər. Bu zaman məlum olub ki, bu zirehli maşınlar başqa ölkələrin istehsal etdiyi döyüş texnikalarından xeyli geri qalır. Müasir döyüşlərin tələblərinə cavab vermir. Araşdırmalardan sonra rəsmi Kiyev bu döyüş maşınlarının artilleriya atəşi tank əleyhinə raketlərdən zəif müdafiə etdiyini dəqiq müəyyənləşdirib. Sınaqlar başa çatandan sonra Ukrayna zəif müdafiə səbəbindən Fransanın göndərdiyi bu döyüş maşınlarından imtina edib. Paris bundan çox məyus qalıb. Bu məyusluğunu aradan qaldırmaq həm Ermənistanın, həm dünya ermənilərinin gözündə özünü yüksəltmək üçün Ukraynanın imtina etdiyi silahları, daha doğrusu, istifadəyə yararsız döyüş maşınlarını Ermənistana göndərib. Bir növ, Fransa zəif olan bu döyüş maşınlarını Ermənistana satmaqla onlardan canını qurtarmağa çalışıb. Onu da xatırladaq ki, "Bastion" zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. İndi isə Fransa Afrikada bir işə yaramayan texnikaları Ermənistana satır, Qafqaza yerləşdirir.

Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən, ritorikadan revanşizmdən əl çəkməyən Ermənistanın Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi potensialını gücləndirməyə bölgədə destruktiv fəaliyyətinə hesablanıb. Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası bölgədəki pozucu fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən addımları bu ölkənin bölgədə yanlış qaranlıq maraqlardan çıxış etdiyini göstərir.

Fransanın fəaliyyətində həmişə Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiyinin şahidi olmuşuq. Bu isə Ermənistana yaxın orta perspektivdə yaxşı heç vəd etmir. Fransanın məqsədli addımları Cənubi Qafqaz regionunda yeni toqquşmalar münaqişələr yaratmağa yönəldilib. Bir sözlə, rəsmi Paris regionda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımları sıfırlamaq üçün əlində olan bütün imkanlardan geniş şəkildə istifadə etməyə çalışıır.

Tarix elmləri namizədi, fransızşünas, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenko Fransanın Ermənistana silah satmasına münasibət bildirərkən deyib ki, rəsmi Paris həmişə Cənubi Qafqazda mövcud olmaq istəyib indi Ermənistanı regionun açarı hesab edir. Son illər bu Avropa ölkəsi İrəvanla ikitərəfli münasibətləri durmadan gücləndirib.  Görünən odur ki, bu qərarda Fransanın siyasi marağı, daha doğrusu, Ermənistanda öz təsirini gücləndirmək, orada zəifləyən Rusiya hökmranlığını  əvəz etmək bunun vasitəsilə Cənubi Qafqazın bütün regionuna, ola bilsin ki, şimala da təsir etmək istəyi dayanır. Fransa hakimiyyətinin hazırkı qərarını yüksək səs-küylü piar kampaniyası kimi qiymətləndirmək olar.

Fransa anlamalıdır ki, Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Odur ki, məkrli niyyətlərindən çəkinməli, həqiqətin yalnız bir üzü olduğunu görməlidir.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.8.