Paris Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyir

 

 

Fransa maraqlarının təmin edilməsinə çalışır

 

 

 

"İkinci Qarabağ müharibəsi dövründə sonrakı müddətdə Fransa təcavüzkar Ermənistanı müdafiə etməkdə davam edir. Demokratik dəyərlərdən danışan, dünyaya haqq-ədalət dərsi keçən Paris, hansı ki buna layiq deyil, Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyir. Eyni zamanda Azərbaycanın daxili işlərinə müxtəlif yollarla qarışmağa cəhd edir öz çirkin məqsədlərinə çatmaq üçün Ermənistanı özünə alət seçir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, Fransa Cənubi Qafqaz regionunu yenidən "qarşıdurma ocağı"na çevirmək yolunu seçib bunu da xarici siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Əsas hədəf bölgədə gedən proseslərə müdaxilə edərək Azərbaycan Ermənistan arasında sülh danışıqlarını pozmaq, öz silah-sursatını, texnikasını Ermənistana satmaqdır.

Sülh barədə düşünməyən Ermənistan artıq dərk etməlidir ki, qədər silah-sursat olsa belə, heç bir üstünlük əldə edə bilməyəcək. 44 günlük Vətən müharibəsi dövründə Ermənistana məxsus müdafiə potensialı, hərbi birləşmələrin əksəriyyəti Azərbaycan tərəfindən məhv edilib.

K.Bayramov qeyd edib ki, Fransa danışıqlarda vasitəçilik rolunu artırmağa cəhd etməklə, Rusiyanı bu regiondan çıxarmağa çalışır. "Fransa bu məqsədi üçün Avropa İttifaqının qurumlarından da istifadə edir. Avropa İttifaqının xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bu yaxınlarda anti-Azərbaycan bəyanatı ilə çıxış edib orada Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə hər hansı təhdidlər olarsa, Azərbaycanla münasibətlərə yenidən baxılması məsələsini qaldırıb. Təbii ki, burada da Fransanın izi görünür, bu şəxsin o vəzifəyə təyin olunmasında bu ölkənin rolu olub. Bu gün Fransa müxtəlif şəxslərin imkanlarından vəzifələrindən istifadə edərək Azərbaycana qarşı qərəzli bəyanatlar yayır. Amma Fransa artıq dərk edir ki, Azərbaycanla ultimatum, təhdid dili ilə danışmaq olmaz. Bunu Makron özü rəsmi olaraq bəyan etmişdi. Bununla belə yenə cəhdlər göstərilir", - deyə o əlavə edib.

Deputat Azərbaycanın təmkinli davrandığını bu məsələlərin sonunu gözlədiyini düşünür. Danışıqlar prosesinə qısa fasilə verilib. Amma Avropa xüsusilə Fransa hesab etməsin ki, Azərbaycan özünə qarşı bu cür münasibətlə barışacaq. Təbii ki, bütün deyilən, səsləndirilən bəyanatlara reaksiya bildirilir. Fransanın Ermənistanı silahlandırması, eyni zamanda Cozep Borelin çıxışı ilə bağlı Azərbaycan XİN-in müvafiq bəyanatları səsləndirilib. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın təmin olunmasında Azərbaycandan başqa maraqlı tərəf yoxdur. Vasitəçi qismində çıxış etmiş ölkələr Cənubi Qafqazda öz maraqlarının təmin edilməsinə çalışırlar. Onlar regionda sülhün bərqərar olunmasına çalışmırlar, sadəcə olaraq, öz iqtisadi maraqlarını güdürlər. Digər tərəfdən Rusiyanın maraqlarını minimuma endirməyə səy göstərirlər. Bu cür hərəkətlərin nəticəsində isə Rusiya ilə maraqların toqquşması baxımından Ermənistanda müəyyən çaxnaşmalar baş verə bilər. 

 

Ə.QABİLQIZI,

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.8.