Qərb ölkəmizə qarşı düşmənçiliyini davam etdirir

 

 

"ABŞ-nin Qərbin yürütdüyü siyasət ilk növbədə elə özlərinin inkişafını ləngidir. Onlar özlərini demokratiya carçıları kimi təqdim etsələr , bu dəyərdən tamamilə uzaqdırlar. Həmin ölkələrdə diskriminasiya, rasizm, islamofob meyillər günü-gündən dərinləşir, insanların hüquq azadlıqları tapdalanır. Həmçinin Qərbdə  insani əxlaqi meyillər dəyişir, cəmiyyəti məhvə aparan bir sıra fəaliyyətlər rəsmiləşdirilir. Təsadüfi deyil ki, Qərb dövlətlərinin bir çoxunun rəhbərliyində  LGBT-çilər təmsil olunur".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki,  belə olan halda dünyaya dərs keçmək istəyən Qərbdən ABŞ-dən yaxşı nəsə gözləmək əbəsdir: "Xüsusilə Fransa Almaniyada islam dininə qarşı savaş açılması, beynəlxalq hüququ tapdalayaraq xristian təəssübkeşliyinin önə çəkilməsi, birtərəfli şəkildə ədalətsizliyin dəstəklənməsi ikili standartların riyakarlığın göstəriciləridir. Bu gün ABŞ- Qərbdə islam dininin müqəddəs kitabının ictimai şəkildə təhqir edilməsi, məscidlərə donuz kəllələrinin atılması, hicab geyinən müsəlman qadınlara qarşı amansız münasibətin nümayiş etdirilməsi özlərini demokratik ölkə kimi qələmə verənlərin üzünü göstərir".

Deputatın sözlərinə görə, Qərb siyasi mərkəzləri demokratiya insan hüquqlarından sui-istifadə edərək digər ölkələrdə çevrilişlər etməyə cəhdlər göstərir, öz çirkin məqsədlərinə çatmaq üçün əllərindən gələni əsirgəmirlər. Qərbin siyasi texnoloqları narıncı inqilablar təşkil edərək firavan yaşayan ölkələri cəhənnəmə döndərirlər.

"2005-ci ildən aktivləşən Soros Fondu Gürcüstanda, Ukraynada Ermənistanda narıncı inqilablar etməyi bacarıb. Azərbaycanda isə bu fond xalq-iqtidar birliyi möhkəm olduğuna görə ayaq açıb yeriyə bilməyib. Heç kimə sirr deyil ki, Soros Fondu ABŞ kəşfiyyatı tərəfindən proqramlaşdırılır dünyada "demokratiya"nın qurulması adı ilə məkrli planları reallaşdırır.  Bu fondun əsas məqsədi imperializmə dəstək  verən "rəngli inqilablar" vasitəsilə ölkələrdə anarxiya, xaos yaratmaq sabitliyi pozmaqdır. Təbii ki, bu yolla yüz milyonlarla dollar gəlir əldə etmək əsas hədəfdir", - deyə müsahibimiz bildirib.

Azər Badamov Qərb ölkələrinin dünyada alovlanan münaqişələrin əsas səbəbkarı olduğunu bildirib. Deputat Qəzzanın vəziyyətindən, Rusiya-Ukrayna müharibəsindən "Ərəb baharı"ndan söz açıb. Deyib ki, 1987-ci ildən Tunisdə hakimiyyət dəyişməsi ilə başlanan "Ərəb baharı" Misir, Yəmən, Əlcəzair, İordaniya digər ölkələrdə siyasi sabitliyi pozub, xalqları ağır faciələrlə üzləşdirib: "Qərbin Liviyada, İraqda Suriyada apardığı hərbi əməliyyatlar bu ölkələrin iqtisadiyyatlarını məhv edib dinc insanların həyatlarını cəhənnəmə döndərib. Məcburi surətdə canlarını qurtarmaq üçün Qərbə üz tutan miqrantları daşıyan qayıqların isə Aralıq dənizində batırılması adi hala çevrilib".

Müsahibim qeyd edib ki, "Ukraynaya dəstək" adı altında başlanan müharibə iki qardaş xalqı düşmənə çevirib. Bu regionda şəhərlər kəndlər Yer üzündən silinməkdədir. Qəzzada baş vermiş müharibədə isə on minlərlə insan dünyasını dəyişib, yüz minlərlə insan evsiz qalıb.

 "ABŞ Qərbin ikili standartlara əsaslanan riyakar siyasəti dünya nizamının yenidən baxılmasını aktuallaşdırıb. İndi dünyanın qütbləşməsi sürətlənir yeni iqtisadi bloklar yaranır. BRİCS təşkilatının əhatə dairəsi genişlənir dünyanın iqtisadi güc mərkəzləri dəyişir. Qlobal proseslərin gedişatı Qərbin ABŞ-nin iqtisadi hərbi güc statusunu yox edir. Bunun nəticəsidir ki, son illər Qərbin öz çirkin niyyətlərinə davam etmək istəkləri iflasa uğrayır. Bunu Fransanın timsalında daha aydın görmək olar", - deyə A.Badamov söyləyib.

Deputat əlavə edib ki, Fransanın Afrika ölkələrində davam etdirmək istədiyi neokolonizm müstəmləkəçilik siyasəti iflasa uğrayır, Paris Afrikadan qovulur: "Belə olan halda, başqa çarəsi qalmayan Fransa bir müddət əvvəl Ukraynaya dəstək göstərməklə öz mövqelərini möhkəmlətmək istədi. Lakin Ukraynada da uğursuzluğa düçar olduqdan sonra lövbərini Cənubi Qafqaza salmaq niyyətinə düşdü. Ona görə beynəlxalq hüququ da tapdalayıb Ermənistanı silahlandırır hər vasitə ilə regiona müdaxilə etməyə çalışır. Beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdirməyə cəhdlər etsə , bunlar heç bir nəticə vermir. Özünün elədiyi azmış kimi, Fransa Almaniyanı digər bir neçə dövləti öz arxasınca bataqlığa sürükləyir".

Azər Badamov vurğulayıb ki, Avropa İttifaqı Qərbin apardığı riyakar siyasət nəticəsində iqtisadi burulğana düşüb. Avropa ilə ABŞ arasında da ziddiyyətlər qabarmaqdadır. ABŞ Qərb siyasi mərkəzlərini Rusiya-Ukrayna müharibəsinə cəlb edərək Avropa İttifaqının iqtisadi  potensialını müharibəyə xərclətdirir. Rusiyaya tətbiq olunmuş sanksiyalar əks-təsir göstərib, Avropada enerji daşıyıcılarının qiyməti kəskin bahalaşıb. Bu da ABŞ- öz mayeləşdirmiş qazını Avropaya baha satmaq planlarını reallaşdırmağa imkan verib. Bu günün reallığıdır ki, Avropada yerləri azalır, ABŞ- beyin axını sürətlənir.

"Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, ABŞ Qərb çirkin planları ilə dünyada sabitliyi pozduqları kimi, öz ölkələrini müxtəlif çətinliklərlə üz-üzə qoyublar. Azərbaycan isə belə ikiüzlü riyakar siyasətə qarşı möhkəmdir.

Hazırda dövlətlərin yeni təşkilatlarda birləşməsi yeni iqtisadi əməkdaşlıq mərkəzlərinin formalaşması ümidləri artırır. Yaxın gələcəkdə dünya nizamında ədaləti dəstəkləyən dövlətlərin yaratdığı yeni birliyin gücünü müşahidə edəcəyik", - deyə deputat bildirib.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.8.