Bakı Beynəlxalq Kitab Sərgisində Leyla ƏliyevanınSevgikitabının təqdimatı olub

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı “Caspian Event Organisersşirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla ƏliyevanınSevgikitabının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, "Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verib: “Leyla xanımın kitabları zövqlü, fəlsəfi dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı yaradıcı insandır”.

Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki minimal rənglərdən istifadə edir onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır”, - deyə A.Hüseynov qeyd edib.

Şərq-Qərbnəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın adınınSevgiolması heç təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri yer alıb”.

Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Leyla ƏliyevanınSevgikitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı iləŞərq-Qərbnəşriyyatında çap olunub. “Sevgikitabı Azərbaycan, türk, ingilis rus dillərindədir.

 

Azərbaycan.-2023.- 16 noyabr, ¹ 249. - S.9.