Dövlətin qayğısı şəhid ailələrində qazilərdə böyük məmnunluq doğurur

 

 

"Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişibBu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".

Tarixi qələbəmizdən sonra Qarabağa ilk səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlıqlarını yüksək dəyərləndirərək bu sözləri demişdir.

Vətən müharibəsi Azərbaycan gəncliyini dünyaya tanıtdı. Dövlət müstəqilliyimizin həyatımıza bəxş etdiyi ən böyük nailiyyətlərdən biri onların milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Bu gün gənc nəsil cəmiyyət həyatının bütün sahələrində mühüm rol oynayır. Eyni zamanda ulularımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərimizə hörmət ruhu da uğurla davam etdirilir. Dövlət rəhbərimizin çıxışlarında bəyan etdiyi kimi, nəsillərarası münasibət, qırılmaz bağlılıq Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşdırmışdır. Vətən müharibəsindəki qələbəmiz bunun tarixi sübutudur.

Azərbaycanda şəhid ailələrinə, qazilərə, əlillərə həm dövlətin, həm cəmiyyətin xüsusi diqqət qayğısı hər addımda hiss olunur. Təbiidir ki, bu belə olmalıdır. Çünki erməni işğalçıları üzərində tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı qəhrəmanlığı sayəsində qazanıldı. Azərbaycan Ordusunun sıralarında xidmət edən zabit əsgərlərimiz 44 gün davam edən Vətən müharibəsində böyük igidlik, hünər göstərdilər. Buna görə hamımız torpaqlarımızın azad olunmasının sevincini bizə yaşadan şəhidlərimizə qazilərimizə borcluyuq.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların ehtiyaclarının ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirirlər. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə qazilərə qayğı  daim artırılır. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamı ilə həyata keçirilən tədbirlər şəhid ailələrində qazilərdə böyük məmnunluq doğurur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında gənclərin cəmiyyətdəki rolundan, onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışır. Dövlət başçısı 8 Noyabr  Zəfər Günündə Xankəndidə keçirilən hərbi paraddakı çıxışı zamanı da şəhidlərə göstərilən böyük ehtiramı xüsusi olaraq vurğuladı: "Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. qədər sənin silahın, sursatın olsa belə, qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər zabiti əsl qəhrəmanlıq şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik".

Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi diqqət qayğı cəmiyyətimiz tərəfindən razılıqla qarşılanır. Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu proqrama uyğun olaraq müvafiq işlər aparılır, çox mühüm addımlar atılır.

Şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət qayğı Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması ilə başlayıb. Həmin vaxtdan prioritet istiqamətə çevrilən bu xətt dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün dövrlərində daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin, müharibə əlillərinin qazilərin sosial müdafiəsi dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasət kursunun əsas istiqamət meyarıdır.  Bu kateqoriyadan olan insanlara həm dövlət, həm ictimaiyyət tərəfindən xüsusi qayğı diqqət göstərilir.  Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət göstərərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını fəxri adlarla təltif etmişdir.

Vətənə böyük zəfər qazandırmış Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin möhtəşəm nailiyyətləri ilə tariximizin yeni şanlı səhifələrini yaradacaq.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.10.