Bu ölkədə
hərbi qulluqçuların
sayı 44 mindən 24
minə düşüb
Bu gün əhalisinin təbii artımı aşağı
səviyyədə olan
Hayastanda ordu sıralarında xidmət
etmək üçün
ciddi çağırışçı
problemi yaşanması
heç kimə sirr deyil. Son
30 ildə 2 milyona yaxın insanın ölkəni tərk etməsi bu sahədə vəziyyəti
daha da gərginləşdirib.
Hayastanda sayı sürətlə azalmaqda olan gənclər orduda xidmətdən yayınmaq üçün
hər vasitəyə
əl atırlar. Bunun ümdə səbəblərindən biri
ordunun işgəncə,
ölüm, rüşvət,
korrupsiya, özbaşınalıq
mənbəyinə çevrilməsidir.
Məğlub Hayastan
ordusunu xarakterizə edən cəhətlər
isə daha dəhşətlidir. Mənəvi-psixoloji
durumu gündən-günə
daha da ağırlaşan
məğlub orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə
etmək üçün
nə maddi vəsait, nə də yer çatışır.
Zabit və gizirlər əvvəlki kimi şəxsi heyətin sağlamlığına
biganə yanaşırlar.
Hərbi qulluqçulara
aşağı kalorili
və zərərli qida məhsulları verilməsi davam edir.
Elə bunun nəticəsidir ki, müddətli hərbi qulluqçuların sayı
ildən-ilə azalmaqdadır.
Parlamentin "Hayastan"
fraksiyasının deputatı
Hayk Sarkisyan mətbuat konfransında deyib ki, son
15 il ərzində hər il ölkədə əvvəlki ilə nisbətən daha az müddətli
hərbi çağırışçı
olub və bu, narahatlıq doğurur: "Sahə nizamlanmasa belə, orduda qulluq etmək
istəməyən vətəndaşlar
ölkədən gedirlər,
tez-tez vətəndaşlıqdan
imtina edirlər.
2010-cu ildə bizdə
44 mindən çox müddətli hərbi qulluqçu olub və sonrakı 9 il ərzində bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların
sayı 44 mindən 24
minə düşüb".
Son vaxtlar Hayastanda pul qarşılığında hərbi
xidmətdən azad
olma haqqında qanun layihəsi də geniş müzakirə mövzusudur.
Fərariliyin, hərbi
xidmətdən yayınmaların
baş alıb getdiyi Hayastanda yeni qanun layihəsi
hazırlanır.
Parlamentdə hakim
"Vətəndaş müqaviləsi"
fraksiyasının nümayəndəsi
Ayk Sarkisyanın hazırladığı qanun
layihəsinə görə,
27-37 yaş arası hərbi xidmətdən yayınanlar Hayastanda orduda xidmət etməklə və ya büdcəyə pul köçürməklə
cinayət təqibindən
yayına bilərlər.
Bunu üçün bir neçə variant təklif edilib. Belə ki, 12 ay xidmətə
görə 6,2 min dollar, 6 ay xidmətə
görə 12,4 min dollar, 1 ay xidmət
üçün isə
24,8 min dollar və hərbi xidmət əvəzinə
37,5 min dollar ödəniləcək.
"Hraparak" qəzeti
yazıb ki, Hayastan hökumətində
kadr böhranı yaranıb və vakant vəzifələrə
aylar, hətta illərlə təyinat olmur. Bildirilib ki, hərbi xidmətə qış çağırışının başlanmasından iki həftədən çox
vaxt keçsə də, Hayastan Müdafiə Nazirliyinin çağırış xidmətinin
rəisi vəzifəsi
3 aydan artıqdır boşdur: "2023-cü il
avqustun sonunda Armen Avtandilyan bu vəzifədən azad edilib. O, azadlığa çıxdıqdan
sonra hüquq-mühafizə
orqanlarının hərbi
komissarlıqlarda araşdırma
apardığı, korrupsiya
risklərinin yarandığı,
çoxlu sayda hərbi qulluqçunun xidmətdən uzaqlaşdırıldığı
və ya azad edildiyi barədə
xəbərlər yayılıb".
Məqaləyə əsasən,
hakimiyyət onu "daha güclü" tərkiblə əvəz
etmək istəyir:
"Ancaq faktiki olaraq onlar üçün
hələ də əvəz tapılmayıb.
Bildirilib ki, oxşar vəziyyət Penitensiar Xidmətin rəisi vəzifəsinə
də aiddir:
"2023-cü il avqustun
5-dən Sergey Atomyan bu vəzifədən azad edildikdən sonra bu xidmət
rəissiz qalıb. İstintaq Komitəsinin keçmiş başçısı
Qayk Qriqoryana rəis vəzifəsi təklif edilsə də, o, razılaşmayıb".
Bunlar bir daha Hayastanda postmüharibə dönəmində
vəziyyətin qeyri-qənaətbəxş olduğunun,
ölkə hakimiyyətinin
hər keçən gün daha çıxılmaz
vəziyyətə düşdüyünün sübutudur. Hadisələrin bu səpkidə inkişafı
yaxın gələcəkdə
Hayastanda hakimiyyət böhranının
daha da dərinləşəcəyini
göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
16 noyabr, № 249. - S.12.