Prezident, yoxsa fitnə-fəsad ustası?
Emmanuel
Makron ölkələr
arasında sülhə
mane olur
Artıq heç
kəsə sirr deyil ki, təcavüzkar və eyni zamanda
daim məğlub vəziyyətdə olan Ermənistanı sürətlə
silahlandıran rəsmi
Paris Cənubi Qafqazda gərginliyi artırmaqla regionda sülhə mane olur.
Fransa prezidenti
Emmanuel Makron müxtəlif vaxtlarda bütün fransız
hökmdarları ilə müqayisə edilirdi. Onun nəinki
ölkə iqtisadiyyatının və siyasətinin problemlərinin
açarını tapacaq, həm də Fransanı tamamilə
yeni səviyyəyə aparacaq "böhran menecerinə"
çevriləcəyi güman olunurdu. Lakin Makrondan nə
Şarl de Qoll, nə də ki, Napoleon alındı...
Bununla belə, o,
hələ də Avropa evində "görkəmli" yer
tutur və özünün müstəsnalığını
hiss etdirmək üçün hər cür vasitələrdən
istifadə edir.
Məsələn,
"Minskaya Pravda" nəşri yazır ki, Emmanuel Makron
böyüklərin sırasına qoşulmaq istəyir, amma
son vaxtlar onun üçün hər şey əksinə, necə
deyərlər, tərs gedir. O, nəinki Avropada, hətta
Fransada belə asayişi bərpa edə bilmir. Bunun səbəbi
isə çox sadədir, nisbətən gənc fransız
siyasətçisinin böyük ambisiyaları var, lakin aktual
problemləri həll etmək üçün real
potensialı yoxdur. Hər hansı bir səlahiyyətli lider isə,
şübhəsiz ki, bunu bacarmalıdır…
Təəccüblü
deyil ki, Makronun bu günlərdə Yaxın Şərqə səfəri
də, gözlənildiyi kimi, fiaskoya uğradı.
O, həmçinin
Fransanın enerji təhlükəsizliyini
yaxşılaşdırmaq istədi, amma bu da alınmadı.
Bu baxımdan Makronun Qərb konyunkturası üçün
heç də prestijli olmayan postsovet məkanında
dolaşmaqdan başqa çarəsi yox idi.
Bu həftə o,
ölkənin nüvə reaktorlarını təmin edən
uran tədarükçüləri olan Qazaxıstan və
Özbəkistana baş çəkmək üçün
enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edib.
Fransanın Aatom Elektrik Stansiyası reaktorlarının təxminən
yarısı texniki xidmət üçün bağlanıb və
yenilərinin tikintisi illər çəkəcək.
Artıq
bütün dünyada belə danışılır ki,
öz səfərləri çərçivəsində
Makron Rusiyanın keçmiş sovet respublikalarına təsirini
azaltmaq barədə təbliğat və təşviqat aparmaq
niyyətindədir. Deyəsən, Emmanuel Makron avantüralar təklif
etməkdən və intriqalar toxumaqdan başqa bir işə
qadir deyil.
Cəmiyyəti
parçalamaq, ayırmaq, qarışdırmaq, müxtəlif
avantüralarla daim gərginlik yaratmaq, insanların ağıl
və qəlblərini haqq və həqiqətdən
uzaqlaşdırmaq, fəsad törətmək mənalarını
verən fitnə isə ən böyük günahlardan
sayılır. Və 5 il öncə yenidən katolik olan Fransa
lideri nəhayət, anlamalıdır ki, fitnə-fəsad
törədənlərin son mənzili cəhənnəmdir.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.12.