Baş
nazir Əli Əsədov “Rosselxoznadzor”un
rəhbəri ilə görüşüb
Noyabrın 16-da Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Rusiya Federasiyasının Baytarlıq
və Fitosanitar Nəzarət üzrə
Federal Xidmətinin (“Rosselxoznadzor”)
rəhbəri Sergey Dankvertlə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan-Rusiya
qarşılıqlı münasibətlərinin
hərtərəfli inkişafı,
xüsusilə iqtisadi-ticari
əməkdaşlığın genişləndirilməsi qeyd
olunub.
Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi
ilə “Rosselxoznadzor” arasında ikitərəfli
əməkdaşlığın yüksək səviyyədə
olduğu məmnunluqla
vurğulanıb.
Bildirilib ki, ötən dövrdə ticarət axını üzrə effektiv nəzarət sisteminin qurulması sahəsində
bir sıra ciddi vəzifələrin konstruktiv həlli ilə əlamətdar olub ki, bu
da qarşılıqlı
ticarətin artmasına
imkan verib.
Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin
həcminin 20 faizdən
çox artması müsbət qiymətləndirilib.
Məmnunluqla qeyd
edilib ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları
və onların emalı məhsullarının
ixracı 2022-ci illə
müqayisədə dəyər
ifadəsində 15 faizdən
çox artıb.
Qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin
optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndirilib.
Xüsusilə tərəflər
Azərbaycandan Rusiyaya
bir sıra kənd təsərrüfatı
məhsullarının idxalına
girişdə nəzarət
prosedurlarının sadələşdirilməsinə
dair razılaşmanı
alqışlayıblar.
Bu, ötən
illərlə müqayisədə
cari ildə Rusiyaya ixrac edilən məhsullarda aşkarlanan zərərvericilərin
sayının xeyli azalmasına gətirib çıxaran birgə tədbirlər sayəsində
mümkün olub.
Tərəflər hər
iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması
prosesində əldə
olunan irəliləyişdən
məmnunluq ifadə ediblər.
Görüşdə, həmçinin heyvanlarda transsərhəd xəstəliklərlə
mübarizə və onların profilaktikası üzrə əməkdaşlıq
məsələləri müzakirə
olunub.
Bu gün Qida Təhlükəsizliyi
Agentliyi ilə “Rosselxoznadzor” arasında heyvanlarda transsərhəd
xəstəliklərlə mübarizə
üzrə birgə tədbirlərə dair Protokolun imzalanmasının
əhəmiyyəti qeyd
olunub.
Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.
Azərbaycan.-2023.- 17 noyabr, ¹ 250. - S.2.