Azərbaycan
Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin fəaliyyəti
ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi və
"Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyəti ləğv
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu Fərmanın
1-ci hissəsinin icrası
ilə əlaqədar
üç ay müddətində:
2.1.1. normativ hüquqi
aktların təkmilləşdirilməsi
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.1.2. Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə
uyğun olaraq, "Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyətinin əmlakı
və digər məsələlərin həlli
ilə bağlı tədbirlər görülməsini
təmin etsin;
2.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin
həlli üçün
zəruri tədbirlər
görülməsini təmin
etsin.
4. "Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 7, maddə
690; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 545; 2022, № 8, maddə
866) 2-ci, 4-cü və 5-ci hissələri
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
17 noyabr, № 250.- S.2.