Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2023-cü il 20 fevral tarixli 56 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

 

¹ 417

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 735-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 8, maddə 960) ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına ya onların vərəsələrinə birdəfəlik ödə-mənin verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bəndəəlavə edilməkləsözlərindən sonra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. “İnzibati icraat haqqındaAzərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurum-larından) tələb olunur ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;

1.3. 2.10-cu bəndin üçüncü cümləsinəaradan qaldırılmasısözlərindən sonra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 2, maddə 319) ilə təsdiq edilmişDövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. “İnzibati icraat haqqındaAzərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;

2.2. 4.7-ci bəndin birinci cümləsinəəlavə olunduğusözlə-rindən sonra “(bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. 4.13-cü bənddəSığortasözüBu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla sığortasözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 16 noyabr, ¹ 250. - S.2.