Aydın
Kərimov: “Gələn
il Şuşa şəhərində genişmiqyaslı
yol infrastrukturunun inşasına başlanılacaq”
“Şuşa şəhərində
aparılan bərpa-quruculuq
işləri çox
yüksək templə
gedir. Şəhər
günbəgün daha
da canlanır”.
Bunu Azərbaycan
Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov
AZƏRTAC-a müsahibəsi zamanı deyib.
Həmin müsahibəni
təqdim edirik:
- Aydın müəllim,
Şuşa şəhərində
inşa olunan 23 binadan ibarət yaşayış kompleksində
tikinti işləri nə zaman bitəcək ?
- 23 binadan ibarət
yaşayış kompleksində
tikinti işləri gələn ilin birinci rübündə tam başa çatdırılacaq.
Yaşayış kompleksində
ümumilikdə 450 mənzil
olacaq. Mənzillərin
əksəriyyəti keçmiş
məcburi köçkünlərin
istifadəsinə veriləcək.
- Bəs, Şuşaya
ilk köçürülmə
hansı tarixə planlaşdırılıb?
- Azərbaycan vətəndaşlarının
Şuşaya köçürülməsinə
2024-cü ilin fevral-mart
aylarında başlanılacaq.
Bu proses 300-dən çox ailəni əhatə edəcək.
- Şuşada
yol infrastrukturu nə yerdədir? Hansı işlər görülür?
- Şuşa şəhəri
ərazisində mövcud
olan su, qaz, işıq xətlərinin hamısı
yerin və səkilərin altına keçiriləcək, küçələr
tam yenidən qurulacaq. Ümumi uzunluğu 56 kilometr olan daxili küçə
və yol şəbəkəsinin ilk
17 kilometrlik hissəsinin
tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq.
- Aydın müəllim,
Şuşada gələcək
ictimai nəqliyyat necə olacaq?
- Daxili küçə
və yol şəbəkəsinin yenidən
qurulması layihəsi
ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi
də aparılacaq. Yol şəbəkəsinin
qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq.
Şuşa şəhərinin
qoruq olmasını və tarixi yol şəbəkəsini
nəzərə alaraq
onu deyə bilərəm ki, burada daha çox
kiçik tutumlu və elektrikli sərnişin avtobusları
fəaliyyət göstərəcək.
- Təhsil və
səhiyyə sahəsində
hansı planlar var?
- Şuşa şəhəri
1 nömrəli tam orta məktəbin açılışı oldu
və istifadəyə
tam hazırdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təhsil ocağının
açılışında iştirak etdilər.
2024-cü ilin fevral-mart
aylarında sakinlərin
Şuşaya köçürülməsi
ilə bərabər məktəb də ilk şagirdlərini qəbul edəcək. Müasir tələblərə
tam cavab verən təhsil ocağı şagirdlərin
ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək. Səhiyyə sahəsinə
gəldikdə isə
qeyd edim ki, azad edilən
digər ərazilərdə
olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının
inşası dövlətimiz
üçün prioritet
məsələlərdəndir. 90 çarpayılıq Şuşa
şəhər xəstəxanasının
binasında tikinti işləri davam edir və 2024-cü ilin ilk yarımilliyində
istifadəyə verilməsi
planlaşdırılır.
- Şuşanın
geniş turizm potensialı var. Şəhərin
turizm imkanlarının
artırılması istiqamətində
hansı işlər görülür?
- Şuşa
şəhərində aparılan
bərpa-quruculuq işləri
çox yüksək
templə gedir. Şəhər günbəgün
daha da canlanır. Artıq ümumi otaq sayı 260 olan üç otel tam fəaliyyət göstərir. Gələn
ildən isə şəhərin mərkəzində
daha bir neçə yeni qonaqlama yerləri (apart otellər,
butik hotel və s.) açılacaq. Bundan başqa, Daşaltı kəndinin böyük turizm potensialı var. Artıq Daşaltı kəndində də özəl investorlar tərəfindən kənd
üslubunda otel və kotteclərin inşasına başlanılıb.
- Aydın müəllim, Şuşanın
beynəlxalq arenada tanınması istiqamətində
daha hansı addımlar atılacaq?
- Şuşa
şəhərinin ölkə
xaricində tanıdılması
istiqamətində bir
çox addımlar atılıb. Qeyd edim ki, artıq 8 ölkənin 9 şəhəri
ilə qardaşlaşmış
şəhərlər və
əməkdaşlıq haqqında
memorandumlar imzalanıb.
Həmçinin Şuşa
şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı”
elan edilməsi ilə
bağlı tədbirlər
haqqında Azərbaycan
Prezidentinin Sərəncamına
əsasən il ərzində
“Şuşa günləri”
layihəsi reallaşdırılmaqdadır.
Belə ki, bu il aprelin 11-12 –də Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun təşkilatçılığı
ilə Özbəkistanın
Daşkənd şəhərində,
oktyabrın 2-6-da Qazaxıstanın
Almatı və Türkistan şəhərlərində,
noyabrın 12-15-də isə
Türkiyənin Ankara şəhərində
“Şuşa günləri”
layihəsi həyata keçirilib. Şuşanın
ölkə xaricində
tanıdılması istiqamətində
işlər bundan sonra da davam edəcək.
- Şuşada
mina ilə bağlı
vəziyyət necədir,
hansısa təhlükə
varmı?
- Hazırda
Şuşada mina təhlükəsi
yoxdur, şəhər
partlayıcı sursatlar
və minalardan təmizlənib.
Azərbaycan.-2023.-
17 noyabr, ¹ 250. - S.2.