Bakıda Kiçik Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib

 

 

Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar adamları iştirak ediblər.

Tədbirin məqsədi kiçik orta biznesin dəstəklənməsi inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə Azərbaycanın əlverişli biznes mühitini potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ICSB-nin prezidenti baş icraçı direktoru Ayman El Tarabişi, İCSB-nin İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının direktoru Dumitru Pintea, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Türkiyə Sənayeçi İş Adamları Dərnəyinin (TÜMSİAD) prezidenti Yaşar Doğan dünyada ölkəmizdə sahibkarlığın inkişafı, KOB-ların ÜDM-, məşğulluqda ixracda artan rolu, müxtəlif ölkələrdə KOB-ların dəstəklənməsi tədbirləri barədə məlumat veriblər.

Tədbir çərçivəsindəAzərbaycanda kiçik biznesə sahibkarlığa təsir edən siyasət”, “KOB-ların rəqəmsal transformasiyası xarici ticarət”, “Qadınların gənclərin sahibkarlıq fəaliyyətinin gücləndirilməsimövzularında panel müzakirələr təşkil ediləcək.

Qeyd edək ki, 13-16 noyabr tarixlərində Bakıda keçirilən Kiçik Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində “XXI Əsr Beynəlxalq Təhsil İnnovasiya Mərkəzi”ndə "Gələcək sahibkarların hazırlanmasımövzusunda tədbir, ADA Universitetində isə biznes təhsil arasında əlaqələrə həsr olunmuş tədbir təşkil olunub.

 

Azərbaycan.-2023.- 17 noyabr, ¹ 250. - S.3.