ABŞ Dövlət katibinin köməkçisinin səsləndirdiyi birtərəfli qərəzli fikirlər səmərəsiz əsassızdır

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli qərəzli fikirlərə münasibət bildirib.

Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, bu fikirlər səmərəsiz, əsassız qəbuledilməzdir.

Açıqlamada qeyd olunub: “Dinləmələri səsləndirilən çıxışları Azərbaycan ilə ABŞ arasında ikitərəfli çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh təhlükəsizliyi sarsıdır.

Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni, beynəlxalq hüququn norma prinsiplərinə, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə erməni silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə vurğulayıb onların dərhal çıxarılmasına çağırış edib.

Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək prosesi ləngitdiyini unudur. Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiyası delimitasiyası, kommunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, Dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını maneə törədildiyini vurğulamaqdan çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan ötən il oktyabrın 6-da Praqada keçirilən görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyinə ərazi bütövlüyünə hörmət edib.

Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal altında olduğu 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn norma prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ separatçı rejimi dəstəkləyən tərəf kimi sözügedən rejimi rəsmən maliyyələşdirən müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini, bu ölkənin rəsmiləri ilə görüşlərini təşkil edən yeganə dövlət olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə cavabdehdir.

Qeyd edilib ki, region ölkəsi olmayan ABŞ öz addımları bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar verməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir.

Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə, belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin il 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri məhz Azərbaycan olub. Azərbaycan, eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib. Amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.

Bundan əlavə, “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıbifadəsi 30 ilə yaxın təcavüzün gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən suverenliyini ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.

Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş təmasları təxirə salması ikitərəfli münasibətlərimizdəəvvəlki kimiola bilməzbəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik.

Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulamaq vacibdir.

Diqqətə çatdırılıb ki, beynəlxalq hüququn norma prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə adekvat şəkildə cavablandıracaq.

 

Azərbaycan.-2023.- 17 noyabr, ¹ 250. - S.8.