Büdcə
prioritetləri reallıqlara
uyğundur
Milli Məclisdə
"Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Növbəti ilin dövlət büdcəsi
dünyada gedən iqtisadi proseslərə, hərbi-siyasi vəziyyətə,
ölkəmizin sosial-iqtisadi
potensialına, bir sözlə yeni reallıqlara əsaslanaraq
hazırlanıb.
Büdcənin
xərc və gəlirlərində artım
müşahidə edilir.
Bu, 2024-cü ilin dövlət büdcəsinin
nə qədər balanslı və uğurlu olduğunu sübut edir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn ilin dövlət büdcəsində üç
prioritet istiqamət müəyyən edilib. Bunlar hərbi, müdafiə və təhlükəsizlik xərclərinin,
sosialyönümlü xərclərin
və Böyük qayıdış proqramının
icrasının sürətləndirilməsi
məqsədilə ayrılan
vəsaitin artırılması
ilə bağlıdır.
Nəzərə almaq
lazımdır ki, Ermənistanla hələ də sülh müqaviləsi imzalanmadığına
görə bölgədəki
gərginlik aradan qalxmayıb. Belə olan halda, ordumuzun
gücünün və
müdafiə imkanlarının
genişləndirilməsi üçün
dövlət büdcəsində
təhlükəsizlik və
müdafiə xərclərinin
artırılması tamamilə
məntiqlidir. Ona görə də növbəti ilin büdcəsinin təxminən
25 faizinin bu istiqamətə xərclənməsi
nəzərdə tutulub.
Komitə sədri
xatırladıb ki, Prezident İlham Əliyevin daxili siyasətində sosialyönümlülük,
əhalinin rifahının
yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin daim dövlət qayğısı
ilə əhatə olunması əsas yer tutur: "2024-cü ilin büdcəsi də ənənəvi olaraq sosialyönümlüdür.
Hətta gələn ilin büdcəsində sosial müdafiə xərclərinin bu illə müqayisədə
7 faiz artırılması
da nəzərdə tutulub. Bu istiqamət
üzrə ayrılmış
təxminən 16 milyard
manat büdcənin 43
faizini təşkil edir. Buraya əhalinin
sosial müdafiəsi ilə bağlı, əməkhaqları, səhiyyə,
təhsil, elm, mədəniyyət və
turizmin inkişafına
yönəlmiş xərclər
daxildir".
Büdcənin üçüncü
prioritet istiqaməti barədə danışan
deputat deyib ki, Şərqi Zəngəzurun və Qarabağın infrastrukturunun
genişləndirilməsinin, orada quruculuq işlərinin sürətləndirilməsinin
və keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarında məskunlaşmasının
vacibliyi gələn ilin dövlət büdcəsində nəzərə
alınıb. Büdcədən
Böyük qayıdış
proqramının icrası
üçün 4 milyard
manatın ayrılması
nəzərdə tutulub.
Xatırladaq ki, İkinci Qarabağ savaşından ötən
3 ildə bu istiqamətdə ümumilikdə
12 milyard manata yaxın vəsait xərclənib.
Musa Quliyev yeni büdcə layihəsinə əsasən,
gələn il orta aylıq əməkhaqqının artımının
nəzərdə tutulduğunu
qeyd edib. Bildirib ki, bu,
pensiyaların da 10 faizlik artımını təmin etməyə imkan verəcək. Nəticədə gələn
il orta aylıq
pensiya 436 manatdan 483 manata qalxacaq. Yaşa görə təyin edilən pensiyanın məbləği
isə 466 manatdan 516 manata çatacaq. Gələn il eyni zamanda sosial
müavinət xərcləri
də bu ilə nisbətən 11 faiz artırılacaq və təminatda heç bir problem olmayacaq. İşsizlikdən sığorta
fondunun gəlirləri
və xərclərində
də cari illə müqayisədə
xeyli artım nəzərdə tutulub.
Deputatın sözlərinə
görə, aparılan
islahatların uğurlu
nəticəsi olan növbəti ilin büdcəsi inflyasiyanın
5,3 faiz olmasına, yəni birrəqəmli həddə düşməsinə
imkan verəcək. Həmçinin ərzaq inflyasiyası da birrəqəmli olacaq. Deməli, əhalinin pul gəlirləri inflyasiyanı üstələyəcək.
Bu da vətəndaşlarımızın
sosial müdafiəsini
daha təminatlı şəkildə həyata
keçirməyə şərait
yaradacaq.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
17 noyabr, № 250. - S.8.