Zabuxa qayıdış sevinci

 

 

Daha 94 laçınlı yurduna döndü

 

 

 

Tariximizin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü suverenliyi bərpa edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 illik nisgilinə son qoyulur, onlar tədricən öz doğma el-obalarına könüllü şəkildə geri dönürlər.

Noyabrın 16-da Laçın rayonunun yenidən salınan Zabux kəndinə Abşeron rayonunda, Bakı Sumqayıt şəhərləri ərazisində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti, ikinci köç karvanı yola salınıb.

 

 

 

140 minə yaxın keçmiş məcburi köçkün Qarabağ Şərqi Zəngəzura qayıdacaq

 

 

 

İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əks olunan 5 ümummilli məqsədlərdən biridir. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət proqramının icrası mərhələli şəkildə həyata keçirilir.

Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyasında çıxışı zamanı Azərbaycan hökumətinin səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalında vandalizmlə üzləşmiş ərazilərə Böyük qayıdış proqramının icrası çərçivəsində artıq 3000 mindən çox keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıtdığını bildirib. F.Hüseynov diqqətə çatdırıb ki, qarşıdakı illərdə Şuşa şəhəri daxil olmaqla, ümumilikdə 100-ə yaxın yaşayış məntəqəsini - 8 şəhər, 8 qəsəbə 84 kəndi əhatə edən mənzil tikintisi layihələrinin genişmiqyaslı icrası nəzərdə tutulur.

F.Hüseynov qeyd edib ki, yaxın üç ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqların yenidən qurulması, müasir evlərin tikintisi iqtisadiyyatın bərpası sürətlə davam etdirilməklə 140 minə yaxın məcburi köçkünü Qarabağ Şərqi Zəngəzurdakı öz evlərinə köçürməyi planlaşdırır. Bu iqtisadi rayonların dirçəldilməsi ilə yanaşı, əhalinin daim köçürülməsi layihələrin həyata keçirilməsi həmin ərazilərin ən inkişaf edən firavan regiona çevrilməsinə şərait yaradır.

 

 

 

Sağlam, müasir abad yaşayış mühiti

 

 

 

Zabuxa ilk köç karvanı avqustun 25-də həyata keçirilmişdi. Tərtər, Bərdə, Qax Lənkəran rayonlarında məskunlaşan 5 ailə (23 nəfər) - Tərtər rayonundan 2 ailə (10 nəfər), Bərdə rayonundan 1 ailə (5 nəfər), Qax rayonundan 1 ailə (4 nəfər), Lənkərandan 1 ailə (4 nəfər) müvəqqəti məskunlaşdıqları ərazilərdən yola salınaraq Horadiz şəhərində köç karvanına qoşulublar. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 94 nəfər köçürülüb.

Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri tərəfindən qarşılanaraq yaşayış sahələrinə yerləşdiriliblər. Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə ümumilikdə 245 ailənin köçürülməsi nəzərdə tutulub.

Kənd sakinlərinin rahatlığı məşğulluğu nəzərə alınaraq burada bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa olunub. Zabuxda evlərin, sosial obyektlərin küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilir.

Azad edilmiş torpaqlarımızda keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının tam təmin edilməsi,  ərazilərdə sağlam, müasir abad yaşayış mühitinin yaradılması üçün müvafiq addımlar atılır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetirilir.

İşğaldan azad edilmiş ərazilərə köç prosesi mərhələli şəkildə reallaşdırılır. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 325 ailə (1245 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 46 ailə (188 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Bugünədək 3322 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.8.